"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır? - Tehranın İLGİNC PLANI

Cənubi Qafqazda kommunikasiyaların açılaması hələ də düyünə düşüb. Ermənistan havadarlarının köməyinə arxalanaraq ərazisindən keçən Zəngəzur dəhlizinin açılmasına mane olur. Eyni zamanda Cənub qonşumuz İran da bu layihənin əleyhinədir. Əvəzində İranın Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yolun öz ərazisindən keçməsinə həvəslə razılıq verməsi bəzi sullar doğurur. Ermənistandan keçən yolu özünün qırmızı xətti hesab edən İran marşrutun öz ərazisindən keçməsinə niyə səy göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri billdirib ki, İrana ərazisindən daşınan bütün yüklərin müqabilində maliyyə vəsaiti ödəniləcək:
Natiq Miri 
"Üstəlik, nəzərə almaq lazımdır ki, yükləri təkcə Azərbaycan daşımır. Bu yoldan region ölkələri də istifadə edəcək. Eyni zamanda Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa ölkələri də bu tranzit marşurutdan istifadə edəcək. Bu yol həm də Aralıq dənizinə də çıxışı təmin edəcək. Deməli bu ekvatoriyada mövcud olan ölkələr də prosesə qoşula bilər. Bir anlığa daşınan yüklərin miqyasını düşünün. Bu, İran üçün qazancdır, bir də paralel olaraq geosiyasətdə çox əhəmiyyətli mövqe deməkdir. Yəni, bu İran üçün əslində çox ciddi bir təzyiq mexanizmidir. Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması məsələsinə gəlincə, İran bunu müxtəlif bəhanələrlə əsaslandırır. Guya Zəngəzur dəhlizinin açılaması geosiyasi dəyişiklikdir. Burada guya Ermənistanla İran arasında sərhəd aradan qaldırıla bilər ki, bu sərhəd iki dövlət arasında yeganə bağlantıdır. Bunu bəhanə gətirir və ona görə də, hər hansı bir geosiyasi dəyişikliyin əleyhinə olduğunu iddia edir. Ancaq düşünürəm ki, bunu da uzun müddət davam etdirmək mümkün olmayacaq. Çünki ciddi şəkildə zərbə alan İranın indiki təhlükə qarşısında region dövlətləri ilə ciddi əməkdaşlığa ehtiyacı var. Son günlərdə fikir verirsinizsə Azərbaycan-İran əlaqələri, eyni zamanda İran-Türkiyə münasibətləri isti məcraya yönəlir. Bu istiqamətdə İran xeyli aktivləşib. Ona görə də Tehranın bu məsələyə dirənə biləcəyini ehtimal etmirəm. Xüsusilə də İranın zəif mövqelərini nəzərə alsaq, bu, davamlı olmaya bilər. Odur ki, Zəngəzur dəhlizi Azəzrbaycanın tam istəyinə uyğun olaraq açılacaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 23 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər