Zəngilana köçürülən ailələrin tibbi müayinələrinə başlanıldı - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb.
TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, Zəngilan rayonunda "Ağıllı kənd" layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin (201 nəfər) köçürülməsi ilə bağlı tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Masazır Ailə Sağlamlıq Mərkəzində və Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Müayinələr Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Müayinələrin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
İlkin olaraq ailə həkimləri (həkim-terapevt və həkim-pediatr) tərəfindən böyüklərin və uşaqların müayinələrinə başlanılıb. Həmin şəxslərin biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri aparılır.
Bundan sonra da TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin müayinələrinə davam ediləcək.
Qeyd edək ki, Ağalı kəndində ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək. Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta