Zibillə dolu evdə iki mauqli-uşaq aşkarlandı – VİDEO
Zibillə dolu evdə iki mauqli-uşaq aşkarlandı – VİDEO
Mebelsiz və təmirsiz evdə yaşayan çılpaq uşaqlar dəmirdən olan döşəksiz çarpayıda yatırlar.
"ÇP Stavropol" "Telegram" kanalının məlumatına görə, ürək dağlayan mənzərə Rusiyanın Stavropol diyarındandır.
Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən yayımlanan kadrlarda evin zibillə dolu olduğu görünür.
Məlumata görə, mənzildə qadın iki azyaşlı övladı ilə yaşayır.
Video yayıldıqdan sonra uşaqlar qadından alınaraq müvəqqəti olaraq sosial reabilitasiya mərkəzinə verilib. Bu müddətdə qadın mənzildə təmir işləri aparmalı, qaz və istilik sistemi çəkdirməlidir.
Qadının uşaqlarını qaytarmaq üçün artıq mənzili yığışdırdığı, yüngül təmir üçün boya və divar kağızı aldığı bildirilir.
O da məlum olub ki, qadının daha üç uşağı (iki qız və bir oğlan) var, ancaq onlar atasının himayəsinə verilib. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb