10 manatlıq ağacın altında 15 manatlıq "baba": Evi Yeni il üçün bəzəmək neçəyə başa gələcək? - REPORTAJ + FOTO

10 manatlıq ağacın altında 15 manatlıq 10 manatlıq ağacın altında 15 manatlıq "baba": Evi Yeni il üçün bəzəmək neçəyə başa gələcək? - REPORTAJ + FOTO
Dekabrın ortasından əksər şəhərlərin küçə və meydanlarında bəzədilmiş Milad ağacları boy verir. Yeni ilin əsas atributlarından biri az keçməmiş iş yerlərində, evlərdə peyda olur - əl boydasından tutmuş az qala tavanı dələn hündürlükdə olanına qədər. Ölçüsü, bəzəkləri də quraşdıranın zövqünə və cibinə uyğun.
"Bu Yeni il üçün evi bəzəmək neçəyə başa gələcək?" sualına cavab tapmaq üçün Oxu.Az-ın əməkdaşları metronun "28 May" stansiyası yaxınlığında olan bayram yarmarkası və mağazalara baş çəkməyə qərar verirlər.
10 manatlıq ağacın altında 15 manatlıq Diqqətimizi çəkən ilk məqam iş günü olmasına baxmayaraq, yarmarkaya olan axındır. Böyükdən-kiçiyə hər kəs bayram atributları ilə dolu piştaxtalar arasında gəzib seçim edir. Çeşid də boldur, qiymət də fərqlidir, alıcı da çoxdur.
Yarmarkadakı satıcı Siyavuş Orucov durumdan narazı deyil:
10 manatlıq ağacın altında 15 manatlıq "Şam ağacının qiyməti 10-60 manat arasında dəyişir. Oyuncaqların qiyməti 3-26 manata qədər təşkil edir, yəni ölçüsünə görədir. Şaxta baba oyuncaqlarının qiyməti 15 manatdan başlayır. Ən bahası 120 manatadır. Qar qız oyuncaqlarının qiyməti isə 15-35 manat arasındadır.
İşıqların qiyməti 3-25 manat, zərlər 1-4 manata qədərdir. Alıcılıq qabiliyyəti yaxşıdır. Narazılığımız yoxdur.
10 manatlıq ağacın altında 15 manatlıq Hədiyyəlik corabların qiyməti 2 manatdan başlayır, 7-8 manata qədərdir. Çələnglər - 10-20 manat arası, şamlar - 1,5-10 manatadır.
Yeni il papaqlarının qiyməti 1,5-4 manat arasındadır. Yeni il atributlarını əks etdirən fincanları 3-30 manata almaq olar. Suvenirlərin qiyməti isə 30-80 manat arasında dəyişir. Endirim də edirik".
10 manatlıq ağacın altında 15 manatlıq Yarmarkada oyuncaqlarla yanaşı, Yeni il atributlarını əks etdirən şokoladlar diqqətimizi çəkir. Hər biri göz oxşayır. Elə hazırlanıb ki, sanki şokolad yox, balaca heykəlciklərdir.
Şokoladların satıcısı əmin edir ki, məhsullar keyfiyyətlidir, yəni təkcə baxmaq yox, yemək də olar:
10 manatlıq ağacın altında 15 manatlıq "Şaxta baba şokoladlarımızın qiyməti bir manatdan on iki manata qədərdir. Hər qiymətə var. Ən ucuz şokolad 50 qəpiyədir. Bizdə olanlar keyfiyyətli məhsullardır.
Hazır hədiyyəlik yerli məhsullar yoxdur. Hamısı Polşa, Almaniya və Rusiyadan gətirilib. Qiymətləri 7 manatdan başlayır, 30 manata qədərdir. Alıcılıq da normal səviyyədədir".
10 manatlıq ağacın altında 15 manatlıq Şirniyyat satılan piştaxtalardan aralanıb digər atributlara nəzər yetiririk. Yarmarkaya uşaqları ilə gələn valideynlərin davranışları diqqətimizi çəkir. Bəziləri bəzək məhsullarının, oyuncaqların bahalığından narazılıq edirlər, bir qismi isə qiymətlərə diqqət etmədən uşaqların ürəyi istəyəni alır.
10 manatlıq ağacın altında 15 manatlıq Yarmarkadan uzaqlaşıb mağazalardan birinə daxil oluruq. Burada çeşid bol olsa da, alıcı seyrəkliyi müşahidə olunur. Satıcı da alıcıların azlığından gileylənir:
"Bayram həftəsidir. Lakin alıcılıq qabiliyyəti xeyli aşağıdır. Əvvəlki illərə nisbətən çox zəifdir. Artıq o əhvali-ruhiyyə yoxdur. Bəlkə də, insanların buna imkanı çatmır. Ola bilər ki, qiymətlərdən narazıdırlar. Lakin maksimum endirimlər edirik.
10 manatlıq ağacın altında 15 manatlıq Mənim mağazamda Milad ağacı yoxdur. Çünki onu hər yanda tapmaq olur, satıcısı çoxdur. Mən oyuncaq, maraqlı atributlar satıram. Qiymətlər yarmarkadakı ilə, demək olar ki, eynidir. Bəzi məhsulları ən aşağı qiymətə - iki manata satıram. Ən azı, ala bilməyənlər endirimli qiymətlərdən yararlana bilsinlər. Ancaq ümidimiz var ki, bayram yaxınlaşdıqca alıcıların da sayı artacaq".
10 manatlıq ağacın altında 15 manatlıq Bayram bazarından çıxıb ağlımızda hesablama aparırıq: ən aşağı qiymətdən götürsək, bir şam ağacı, bir Şaxta baba, bir Qar qız, oyuncaq, zər, işıq kompozisiyasını 50 manata tamamlamaq olar. Qalanı isə... cibimizin və əhvalımızın boynuna...
Bayramınız mübarək!
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 26 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun