107 yaşlı kişi uzunömürlülüyün sirrini açdı - FOTO
107 yaşlı kişi uzunömürlülüyün sirrini açdı - FOTO
Ən yaşlı britaniyalılardan biri uzunömürlülüyünün sirrini xüsusi səhər yeməyi adlandırıb.
Leonard Hous 107 yaşını oktyabrın ortalarında qeyd edib. Kişi 1916-cı ildə anadan olub və hər iki dünya müharibəsi dövrünü yaşayıb. O, 14 yaşında məktəbi atıb santexnik olmaq üçün oxumağa gedib. İkinci Dünya Müharibəsi illərində Hous rabitəçi olub, sonra isə telefon şirkətində işə düzəlib və təqaüdə çıxana qədər orada işləyib. Bu müddət ərzində həmin şirkət telekommunikasiya nəhəngi "British Telecom"a çevrilib.
Uzunömürlünün gəlini Kerol Housun sözlərinə görə, o, hətta bu yaşda da sağlamlığını qoruyub saxlaya bilib.
"Son vaxtlar o, bir az unutqan olub və ayaqları üstündə dayana bilmir, ona görə də əsadan istifadə etməyə başlayıb. Amma yaşına görə o çox yaxşı qalıb", - deyə Housun gəlini bildirib.
Hous uzunömürlülüyünü üyüdülmüş buğda dənələrindən hazırlanmış hazır səhər yeməklərinə olan sevgisi ilə əlaqələndirir. O, özünü tanıdığından bəri bu səhər yeməyini həmişə yağlı süd və çoxlu şəkərlə yediyini iddia edir.
Mənbə: Daily Mirror / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR