13 sentyabr hadisələri siyasi motivli hərbi təxribatdır

13 sentyabr hadisələri siyasi motivli hərbi təxribatdır2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün ərzində tarixə sığmayacaq qəhrəmanlıqlarla davam edən Vətən müharibəsindən artıq iki ilə yaxın müddət keçir. Ötən müddət Azərbaycanın beynəlxalq arenadakı uğurları və Ermənistanın hər revanşist addımının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması ilə xarakterik oldu. Təəssüf ki, məğlubiyyətlərlə dolu keçmişinə baxmayaraq düşmən ona verilən dərsləri ya anlamır, ya da tez-tez unutqanlıq nümayiş etdirir. 
Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbə vurdu. 80 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsdı və  kədərləndirdi. Eyni zamanda yenidən qisas hisslərimizi də körüklədi. Bu günə qədər verilən rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbiçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edilmişdir. Məlumatlardan da görünür ki, Azərbaycan hər bir şəhidinin qisasını qətiyyətlə almış, onların qanını yerdə qoymamışdır.
Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb.
İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq 44 günlük Vətən müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında bütün strateji hədəflərinə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq. 
Cari ilin 27 iyun tarixində möhtərəm  Prezidentimiz cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: "Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir." Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Təbii ki, döyüşlərin, müharibənin yazılmamış qanunları var. Bizim hərbi qulluqçularımız öz canları bahasına bu Vətənin hər bir qarışını qoruyur. Son döyüş əməliyyatlarında düşmənə sarsılmaz zərbə vuran ordumuz düşmənin yüzlərlə əsgərini məhv etmişdir. Çox təəssüf ki, bu döyüşlərdə ordumuzun 71 hərbi qulluqçusu şəhid olmuşdur. Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbir, yaralılarımıza isə şəfa diləyirəm!
Naftalan şəhər sakini Kəmalə Hüseynova

Siyasi       Tarix: 18 sentyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane


azerbaycan xeberleri yeni xeberler son xeberler gunun xeberleri idman xeberleri xeberlər sonxabar az