14 dəfə lotereya qazanan adamın sirri: "Riyaziyyat düzgün tətbiq edildikdə sərvətə zəmanət verə bilər" - FOTO

14 dəfə lotereya qazanan adamın sirri: 14 dəfə lotereya qazanan adamın sirri: "Riyaziyyat düzgün tətbiq edildikdə sərvətə zəmanət verə bilər" - FOTO
Tarixdə ən çox lotereya qalibi ruminyalı mühasib Stefan Mandel olub. O, 14 dəfə cekpot qazanaraq milyonçu olmağı bacarıb. Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onun işini araşdırsa da, qanunsuz bir şey tapa bilməyib.
​Onun oğlu, universitet professoru Riçard Mandel atasının lotereyada necə qalib gəldiyini danışıb.
Riçardın sözlərinə görə, 1934-cü ildə anadan olan atası XIII əsrdə yaşamış riyaziyyatçı Leonardo Fibonaççinin irəli sürdüyü nəzəriyyələrə aludə olub. Beləliklə o, Fibonaççinin metodlarından istifadə edərək alqoritm yaradıb.
"Riyaziyyat düzgün tətbiq edildikdə, sərvətə zəmanət verə bilər", - deyə Stefan bildirib.
Mandel düsturlar hazırlayır, ölkəsində altı cekpotdan beşini qazanır və həmin pullarla məmurlara rüşvət verərək Çavuşevskinin zülmündən vətəni Rumıniyadan Avstraliyaya qaçır.
"Zalım diktatura altında yaşamaq ona pul qazanmaq üçün yaradıcı və qeyri-adi yollar axtarmaq üçün böyük motivasiya verdi", - deyə oğlu Riçard vurğulayıb.
Stefan arvadı və iki uşağı ilə Avstraliyaya köçəndən sonra sığorta agenti kimi fəaliyyətə başlayır. Ancaq bu ölkədəki lotereyalar da onun diqqətini çəkir və yenidən lotereya oynamağa başlayır. Nəticədə Avstraliya və Böyük Britaniyada 12 dəfə böyük mükafata layiq görülür və 10 il ərzində 1,1 milyon avro qazanır.
Bütün diqqətini bu işə yönəldən Mandel peşəkar lotereya oyunçusu olur və öz alqoritmi ilə güclü kompüter sistemi qurur.
Mandel dünyadakı bütün lotereyaları araşdırır, nəhayət ABŞ-nin Virciniya ştatında lotereyada boşluq tapır. ABŞ hökuməti lotereyaları oyunçulara evdə bilet çap etməyə icazə verirdi.
1992-ci ildə o, 2524 investoru razı salaraq onların hər birinin 3000 dollar sərmayə qoymasına nail olur. Melburnda açdığı ofisdə 30 kompüter, 12 printer quraşdıraraq çoxsaylı kombinasiyalar yaradır və 27 milyon dollar qazanır.
Bu, onun bütün diqqəti üzərində cəmləməsinə səbəb oldu, FTB və MKİ ona qarşı təhqiqata başlayır. İki həftəlik araşdırma nəticəsində Mandelin metodunun qanuni olduğu qərara alınır və o, bəraət alır. Bununla belə, bu hadisədən iki il sonra Mandel və onun fondu iflas edib.
Avstraliyadan sonra İsrailə mühacirət edən Mandel orada dələduzluqda günahlandırılaraq 20 ay müddətinə həbs olunub. Cəza müddəti bitdikdən sonra o, Vanuatuya mühacirət edir.
ABŞ hökuməti isə Mandelin tapdığı boşluğu aradan qaldırmaq üçün qanunvericiliyi dəyişib, evdə kuponların çapına və toplu biletlərin alınmasına məhdudiyyətlər qoyub.
Mandel ona lotereyada qalib gəlməyə imkan verən alqoritmi heç vaxt açıqlamadı. Onun alqoritmi haqqında məlum olanlar aşağıdakılardır:
O, mümkün kombinasiyaların ümumi sayını hesablayıb. Daha sonra cekpot məbləğinin kombinasiyaların sayından ən azı üç dəfə çox olmasını gözləyib. Hər kombinasiya üçün investor tapıb. Sonra investorların pulu ilə hər kombinasiya üçün loto oynayıb və onları çap edib. Aldığı kupon çapını dilerə aparıb, pulunu ödəyib, təsdiq etdirib, cekpotu qazanıb və hər bir investora pay verib.
14 dəfə lotereya qazanan adamın sirri: 14 dəfə lotereya qazanan adamın sirri: 14 dəfə lotereya qazanan adamın sirri: 14 dəfə lotereya qazanan adamın sirri: 14 dəfə lotereya qazanan adamın sirri: Mənbə: Haber Global

Maraqlı       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 canli son.xabar