17 yaşlı model: "Ayağımı hiss edirəm, vizual olaraq yoxdur" - MÜSAHİBƏ + FOTO

17 yaşlı model: 17 yaşlı model: "Ayağımı hiss edirəm, vizual olaraq yoxdur" - MÜSAHİBƏ + FOTO
"Özümə qarşı komplekslərim yoxdur. Məncə, hər kəs kompleksdən uzaq olmağı bacarmalıdır".
Bu sözləri Oxu.Az-a müsahibəsində xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model Xədicə Rəhimova deyib. Müsahibəni təqdim edirik:
- Xədicə xanım, orta məktəbdə oxuyursunuz, yoxsa tələbəsiniz?
- Mən 2006-cı ildə Gəncə şəhərində dünyaya göz açmışam. Orada orta məktəbi bitirdim. Hazırda Bakıda kolleclərin birində kompüter şəbəkələri üzrə təhsil alıram.
- Sosial şəbəkədə modellik fəaliyyətinizlə bağlı videolar izlədik, diqqətimizi çəkdi. Necə oldu bu qərara gəldiniz?
- Çox anidən oldu. Bibimin uşaqları kirayə geyim mağazası açmışdılar. Orada mənə təklif etdilər ki, bəlkə, geyinib, reklam edəsən? Düşündüm ki, niyə də olmasın? İlk gün həyəcan var idi, amma özümə qarşı kompleksim heç vaxt olmadığı üçün rahat idim. Tərəddüd də var idi, insanlar nə deyərlər deyə düşündüm. Az da olsa, müştəri cəlb edə bilmişəm.
17 yaşlı model: - Modellik fəaliyyətini gələcəkdə davam etdirməyi düşünürsünüzmü?
- Mənə modellik maraqlıdır. Çox sevirəm. Davam etdirməyi düşünürəm. Haraya qədər gedəcəksə, oraya qədər davam etdirəcəyəm. Mən bu işdən gəlir əldə etmirəm. Təmənnasız işləyirəm.
- Başqa yerlərdən təkliflər gəlirmi?
- Azərbaycandan yox, lakin Türkiyədən olub. O da tanış idi. Həmin xanımın da paltarlarını reklam etmişəm. Həmin işi də təmənnasız gördüm. Bundan sonra təkliflər gəlsə, qəbul edərəm.
Çox zövq alıram bu işdən, mənə maraqlı gəlir. Ümumiyyətlə, paltarları təqdim etməyi çox sevirəm. Lakin əsas məsələ tanınmaqdır. Tanınmaq istəyirəm. Bəlkə, mənim kimi insanlara dəstək olaram. Kompleks etmək lazım deyil. Həyata davam etmək lazımdır.
Sosial şəbəkədə bir qız gördüm. Mənim kimi ayağını itirmişdi. O da modellik edirdi. Daha çox ondan ilhamlandım. Düşündüm ki, mən də öz ölkəmdə bu işi görüm. Axı niyə də olmasın? Bu işə beş-altı ay olar ki, başlamışam. Hələ yeniyəm. Mənim paylaşımlarımın kiməsə təsiri olub-olmadığını bilmirəm. Amma olacağını düşünürəm.
- Vaxtınızı hansı şəkildə tənzimləyirsiniz?
- Çəkilişləri dərsdən sonra edirik. Əlavə bir-iki iş də edə bilərəm. Daha çox işləmək istəyirəm. Bir dəfə həyata gəlirik. Boş oturmaqdansa, nə isə etmək lazımdır. Boş oturmaqdan sıxılıram. İnsanlara göstərmək lazımdır ki, siz də belə davam edin.
Düzdür, təhsilim kompüter üzrədir. Kompüter hər işdə lazımdır, əlavə bilgidir. Modelliksə xoşuma gəlir. Hər iki işi bacara biləcəyimdən əminəm.
- Çox güclü iradəniz var.
- Həyat hekayəmdən az da olsa, danışmaq istərdim. 2020-ci ildə axsadığıma görə Bakıya gəldik. Rentgen çəkilişində ayağımda, sümüyün arxasında şiş göründü. Həkim xəstəlikdən danışdı. Həmin vaxt bütün həkimlərimiz müharibə səbəbindən əsgərlərə kömək üçün ezam olunmuşdular. Bu səbəbdən xaricə, Türkiyə və İsrailə getməyi məsləhət gördülər.
Vaxtımız az idi. Xərçəngin digər orqanlara keçmək təhlükəsi vardı. Ona görə də 2020-ci il oktyabrın 24-də Türkiyəyə getdik. Osteosarkoma diaqnozu qoydular. Noyabr ayının əvvəlinə qədər altı kimyaterapiya seansı aldım. 2021-ci il martın 6-da ilk əməliyyatım oldu. Ayağım qalmışdı. Həmin ilin dekabr ayına qədər kimyaterapiya aldım. Ayağın vəziyyəti yaxşı olmadığı üçün 2022-ci il iyulun 29-da kəsildi. Çünki şiş çox böyüyürdü. Bütün ayağıma şiş verirdi.
Həkim xəstəliyin irsi olub-olmadığını soruşdu, çünki onun sözlərinə görə, osteosarkoma diaqnozuna daha çox futbolçularda rast gəlinir, güclü travma səbəbindən yaranır. Mən isə travma aldığımı xatırlamıram. Xəstəlik çox az miqdarda ağciyərimə də yayılmışdı. Dərman qəbul edirəm, o da ürəyə ziyandır.
17 yaşlı model: Dünyaya hər birimiz imtahan üçün gəlirik. Bu da mənim imtahanım idi. Allah sevdiyi bəndələrini imtahan edir. Mən bu halımla narazı deyiləm. Heç vaxt da olmaram. Çünki mən bunun sayəsində Allaha daha çox bağlandım. Bundan öncə həyatımı necə yaşayırdım, bilmirəm. Hər insan imtahan üçün gəlir bu dünyaya, əsas odur ki, üzüağ çıxasan.
Mən depressiyaya düşmədim. Çünki o halda, sadəcə, özümə ziyan etmiş olacağam. Həyatı bu qədər gözəlliklərlə yaşamaq varsa, niyə onu seçim? Allah mənə güc verdi. Əməliyyata ağlaya-ağlaya girmişdim. Ayılan zaman ayağımı hiss edəndə bir az ümidləndim. Çünki ağrı hiss etmirdim. Özümü yenidən anadan olmuş kimi hiss edirdim. Ayağımı indi də hiss edirəm. O, sadəcə, görüntü olaraq yoxdur.
- Bəs görəndə ki ayağınız yoxdur?..
- Məni ilk görənlər sanki şok keçirirlər. Bu məndə kompleks yaratmır. Əksinə, özünəgüvənli oluram. Ayağı olmayan birini həmin vaxt görsəydim, bəlkə, mən də qəribə olardım. Ayağıma görə pis olmuram. Heç vaxt üsyan etmirəm.
Bəziləri deyirlər ki, şalvar geyin. Mən bu hadisəni sadələşdirmək istəyirəm. Normal hal kimi göstərmək istəyirəm. Çünki həyatda ağlımıza gəlməyən hadisələr baş verir. Kollecə də ilk gedəndə təsadüfən şalvar geyinmişdim. Uşaqlarla həmin gün tanış oldum. İkinci gün şort geyinib getdim. Təəccübləndilər. Yaxınlaşdılar ki, nə yardım lazım olsa, de, biz hər zaman yanındayıq. Dəstək oldular.
- Ailəniz də Bakıdadır?
- Ailəm Gəncədədir. Mən qohumlarımla yaşayıram. Atam işi ilə əlaqədar oradadır. Anam arada mənə yardım üçün gəlir. Qardaşım hərbi xidmətdədir. İşlərimi özüm görürəm. Evdə protezi çıxarıram. Hoppana-hoppana gəzirəm. Bu bir qədər ziyandır, çünki tək ayağıma güc vermiş oluram.
- Müalicələrinizi öz hesabınıza aldınız?
- Türkiyədə olan zaman iki xarici fond yardım etdi, biri 10 min avro, digəri 6 500 dollar. Bir də protezim üçün kömək etdilər. Üç aydan bir yoxlanışa gedirəm. Birinci qrup əliləm.
- Videolarınızda "Aysedora" adına rast gəldik. Məşhur balerinaya görə (Aysedora Dunkan - red.) bu ləqəbi seçmisiniz?
- Təsadüfən qoyulub. Heç kimlə əlaqəsi yoxdur. Maraqlı ad axtarırdılar. Bunu uyğun bildilər. Sosial şəbəkədə səhifəmi açmışam ki, izləyicilərim artsın. Təkliflər gözləyirəm. Paylaşdığım fotoların hamısı birdəfəyə çəkilib. Bu işi hobbi kimi davam etdirmək istəyirəm. Ayağımın olmaması qüsur deyil, özümü olduğum kimi sevirəm.
17 yaşlı model: Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 03 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari butun xeberler xəbər sou biznes