1800-cü illərə aid sirli gəmi Kanada sahillərinə çıxdı - FOTO
1800-cü illərə aid sirli gəmi Kanada sahillərinə çıxdı - FOTO
Kanadada qədim yelkənli gəminin bir hissəsi sahilə çıxıb. Onu yerli sakinlər aşkar ediblər.
Bu barədə Nyufaundlend və Labrador Gəmi Qəzalarını Mühafizə Cəmiyyətinin prezidenti Nil Bercess xəbər verib.
Onun sözlərinə görə, tapıntı Nyufaundlend adasının cənub-qərbində, Keyp-Rey burnunda aşkar edilib.
Gəminin 19-cu əsrdə inşa edildiyi qeyd olunub.
Həmçinin vurğulanıb ki, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir. Bu onun ortaölçülü şxundan (iki və daha artıq dor ağacı olan yelkənli gəmi) daha böyük olduğunu göstərir.
Mütəxəssis hesab edir ki, yelkənli qayığı 2022-ci ilin sentyabrında regiondan keçən və Nyufaundlendin sahil xəttini dəyişdirən "Fiona" qasırğası dənizin dibindən qaldırıb.
O qeyd edib ki, adanın yaxınlığındakı dəniz dibi minlərlə batmış gəmi ilə doludur.



Mənbə: KP.ru / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR