20 noyabr - Ağdam şəhəri günü

20 noyabr - Ağdam şəhəri günü"Dağılmış Ağdam şəhəri erməni vəhşiliyininşahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.Heç kimdə bu haqda şübhə olmasın" MüzəffərAli Baş Komandan, Prezident İlham Əliyev
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident cənab İlham Əliyevin2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldanazad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.
2020-ciil sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücuməməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıqnümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidarbirliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağaməcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələlişəkildə Azərbaycana təhvil verildi.
2008-ci ildə"Lonely Planet"jurnalı Ağdamı"QafqazınXirosiması" adlandırıb, 2010-cu ildəƏl-Cəzirənininternet nəşri Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb.
Otuz ilə yaxın müddətdərayonun bütün sərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min tonÇobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gilyataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunanAğdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.
Dörd il əvvəlin payızı rayonasanki bir bahar havası gətirdi. Ağdama yeni can, yeni nəfəs gəldi. Həmin ilnoyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlhamƏliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətbaşçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfərçalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinchissi oyatdı. Prezidentin həmin səfəri zamanı Ağdamda dediyi sözlər hər kəsdəböyük ümidlər yaratdı: "... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyininşahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhməttələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki,azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik.Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdəqalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".
Azad edilən Ağdamda dərhalböyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalısahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsitamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərindəbir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcıbeynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci ilmayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub vəhəmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötəniki il ərzində "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ"Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğalmuzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunanenerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalçaistehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildənibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasınıntəməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.
Ağdamda Qarabağ xanlığınınbanisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. HəmçininAğdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malikguşəsində yeni stadion inşa edilir.
2022-ci il oktyabrın 4-dəPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonununEyvazxanbəyli kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonununXıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin,City Hotel Ağdam mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzalkompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, XurşidbanuNatəvanın abidəsinin açılışında iştirak ediblər. Həmçinin Pənahəli xanın sarayıvə İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.
Heydər Əliyev Fondu tərəfindənAğdam Cümə məscidində bərpa işləri aparılıb.
Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri"və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanınaparıcı qüvvəsi kimi" mövzusunda 2022-ci ilin oktyabrında Azərbaycan Milli ŞəhərsalmaForumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdamda keçirilən həmin Forum şəhərsalmasahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrininbölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsibaxımından nadir və uğurlu platforma olub.
AzərbaycanPrezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-dəAğdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı "Azərişıq" ASC-nin Ağdam şəhərindəRəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. SonraPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin,Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərindəinzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmiryolu xəttinin tikintisi ilə tanış olub.
Prezident cənab İlham Əliyev bu il sentyabrın 19-da Ağdamrayonuna səfər zamanı isə Ağdam şəhərində "İmarət" stadionunun təməli qoyulub.O, "Aghdam City Hotel"in, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonraaçılışında, Ağdam Sənaye Parkında yeni zavodların açılışında, Ağdam rayonununEyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlhamƏliyev Ağdam rayonunun Kəngərli kəndində Xıdırlı kəndində aparılan bərpa işləri,Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.
Ağdamdakeçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizinbütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastrukturlayihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyənvə geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir.Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeniabad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir.Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəkşəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinləriniqoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil.
Füzuli Həsənov,Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 20 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu valyuta məzənnələri bugunun xeberleri