2024-cü ilin qışında hansı geyimlər dəbdə olacaq? - Dizayner açıqlayır + FOTO
2024-cü ilin qışında hansı geyimlər dəbdə olacaq? - Dizayner açıqlayır + FOTO
Hər ilin özünəməxsus rəngləri, geyim üslubları, biçimləri, parçaları olur. Düzdür, çoxları özünə yaraşanı, cibinə uyğun gələni geyinsələr də, bir qisim insan moda trendlərini izləyir və öz qarderobunu hər ilin dəbinə uyğun olaraq hazırlayır.
2024-cü ildə nələrin dəbdə olacağını maraqla gözləyənlər üçün Oxu.Az-ın əməkdaşı modelyer-dizayner Şəlalə Maqsudovanın fikirlərini öyrənib.
Modelyer ilk olaraq gələn ilin rənglərini açıqlayıb:
"2024-cü ildə moda dünyasında rənglərdə, biçimlərdə, parçalarda dəyişikliklər özünü göstərəcək. Öncə rəngləri vurğulamaq istərdim. 2024-cü ilin qışında tünd-yaşıl, xaki, tünd-qırmızı, boz rəngin çalarları aktual olacaq".
Dizayner ikili parçaların sintezindən hazırlanan geyimlərin daha çox dəbdə olacağını vurğulayıb:
"Dəri və yun, dəri və xəz elementlərin qarışığından olan geyimlər daha aktual olacaq. Həmçinin, saya dəri, yun, toxunma parçalara üstünlük veriləcək. Qalın cins parçalardan olan geyimlər də trenddə olacaq".
Dizayner biçimlərdə də fərqlərin olacağını dilə gətirib:
"Ən çox da biçimlərdə fərqlər var. Keçən il böyükölçülü geyimlər dəbdə idi. 2023-ün qışında belsiz, boş paltolar dəbdə idisə, yeni ildə bel tikişi olan, midi, trapes paltolar gündəmdə olacaq".
Ş.Maqsudova sonda gələn il bədənə oturan (dar) geyimlərin də gen-bol paltarları sıxışdırıb çıxaracağını əlavə edib.
Nəzrin Vahid
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR