3 qohumunu öldürən qatil 'whatsapp'da bu sözləri yazdı - FOTO
Əmisini və əmiuşaqlarını öldürərək WhatsApp-da status paylaşıb və halallıq istəyib.
Azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Muğlada əmisi və iki əmisi oğlunu evdə yemək yeyərkən ov tüfəngi ilə güllələyərək öldürən 28 yaşlı gənc hadisədən sonra WhatsApp hekayəsinə "İcazə verin buradan yazım. Məni tanıyan, tanımayan kim varsa, haqqını halal etsin. Mən artıq yoxam. Olması vacib olan nə idisə, onu etdim. Əlvida" deyə yaxınlarından halallıq istəyib.
Seydikemerin Çatak məhəlləsində Adnan.B ilə oğulları Yasin.B və Tahsin.B dünən saat 21.30 radələrində evdə yemək yeyərkən, qohumları R.B. gəlib. Tərəflər arasında mübahisə böyüyərkən R.B özü ilə gətirdiyi ov tüfəngindən əmisi və əmisi oğullarına atəş açıb və qaçıb. Silah səslərini eşidənlərin xəbəri üzərinə təcili tibbi yardım və polis qrupları evə sövq edilib.
Həkimlərin nəzarəti zamanı ata və oğulun öldüyü müəyyən edilib. Prokurorun hadisə yerində araşdırmasından sonra Adnan.B və oğulları Yasin və Tahsin.B-nin cəsədləri Muğla Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. R.B isə qısa müddətdə polis tərəfindən tutularaq nəzarətə götürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Ayşən Mirzəyeva


Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ