30 il əvvəl kosmosa buraxılan, hazırda isə nəzarətsiz qalan peyk sürətlə Yerə yaxınlaşır - FOTO
30 il əvvəl kosmosa buraxılan, hazırda isə nəzarətsiz qalan peyk sürətlə Yerə yaxınlaşır - FOTO
Təxminən 30 il əvvəl kosmosa buraxılan və artıq insan nəzarətində olmayan "ERS-2" peyki sürətlə Yerə yaxınlaşır.
Bu barədə Avropa Kosmik Agentliyi (ESA) xəbər verib.
Qurum onun atmosferə nə vaxt və harada daxil olacağını dəqiq bilməyin mümkün olmadığını qeyd edib. Ən son proqnoza görə, peyk beynəlxalq koordinasiya olunmuş vaxtla (UTC) 21 fevral 2024-cü il saat 15:41-də (Bakı vaxtı ilə 19:41) Yer atmosferinə qayıtmalıdır. Bununla belə, müsbət və ya mənfi 12 saat qeyri-müəyyənlik pəncərəsi də vurğulanıb.
ESA-dan qeyd edilib ki, qalıqların, əsasən, okeana düşəcəyi gözlənilir.
"Peyk parçalarında zəhərli və ya radioaktiv maddələr olmayacaq", - deyə məlumatda vurğulanıb.
O da deyilir ki, peykin Yer səthi ilə toqquşması zamanı ən böyük fraqmentin çəkisi 50 kq-dan bir qədər çox olacaq.
/ oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR