33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO

33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO
ABŞ-nin Nyu-Cersi ştatının sakini Tom Stuker 1990-cı ildə olduqca cəzbedici təklifilə qarşılaşıb – "United Airlines"ın bütün reyslərinə 290 min dollara ömürlük bilet almaq.
Məbləğin az olmamasına baxmayaraq, amerikalı bileti alıb və bununla da həyatının sərmayəsini yatırmış olub.
33 il sonra 69 yaşlı Stuker dünyanın 1 nömrəli sərnişinidir. O, artıq 37 milyon kilometr (bu məsafə Yerdən Aya qədər olan məsafədən demək olar ki, 96 dəfə çoxdur - müəll.) uçub və 100-dən çox ölkəyə səfər edib. Beləliklə, Tom Stuker havada hər kəsdən çox vaxt keçirib. Stuker üçün ən məhsuldar il isə 2019-cu il olub. Həmin il 365 gün ərzində 373 uçuş zamanı havada ümumilkdə 2,35 milyon kilometr məsafə qət edib. Əgər bütün bu reyslərə biletləri nağd pulla alsaydı, bu, ona 2,44 milyon dollara başa gələcəkdi. Həvəskar səyyah bu bilet alışını "həyatda ən yaxşı investisiya" adlandırır.
Limitsiz uçuşlardan əlavə, Stuker inanılmaz məbləğdə yığılmış bonus uçuş millərinə də sahibdir ki, bu milləri dəbdəbəli otellərdə qalmağa, yaxınları üçün biletlər almağa, hətta xeyriyyə işlərinə sərf edir. O, bu bonuslarla qardaşının evini təmir etdirib, arvadını da artıq 120 dəfə "bal ayı"na aparıb. Bir dəfə amerikalı hətta məşhur "Seinfeld" sitkomunda epizodik rola görə 451 min aviamil əldə edib. Hava səfərləri zamanı dəfələrlə məşhur simalarda qarşılaşıb, məsələn, Bill Mürrey kimi tanınmışlarla söhbət etmək imkanı olub.
Aviaşirkət əslində Stukerə belə bir bilet satdığı üçün təəssüflənmək əvəzinə,  əksinə, onun adını "United Airlines"ın iki bortuna da qeyd edib. Stukerə həmişə premium xidmət göstərilir, qaynar xəttə zəng etdiyi zaman operatorlar Toma adı ilə müraciət edirlər, əsas sərnişin təyyarəyə "Mercedes"lə gətirilir. Təbii ki, Stukeri bir çox pilot və stüardessalar tanıyırlar.
Stukerin bu qədər gəzməsinə səbəb isə səyahət eşqidir. O, bir dəfə 12 sutka ardıcıl olaraq uçuşda olub. Tomun sözlərinə görə, hətta bir həftə uçmasa, onu uçuş həsrəti və kədər bürüyür. Bu qədər tez-tez uçmaqdan qorxub-qorxmaması ilə bağlı isə Stuker bildirib ki, göydə özünü yerdəkindən daha rahat və sakit hiss edir. Lakin illərlə davam edən uçuş təcrübəsi zamanı havada infarktdan 4 sərnişinin ölümünə də şahid olub.
Yeri gəlmişkən, aviaşirkət artıq ömürlük bilet satışını planlaşdırmır, ona görə də çətin ki, Stukerin hekayəsindən ilhamlanaraq onun rekordunu qırmaq mümkün olsun.
33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTO33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir - FOTOMənbə: Kp.ru / oxu.az

Maraqlı       Tarix: 28 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər ən son xəbərlər sonxabar az sonxabar