79 il sonra bu dəhşət təkrarlana bilər – Qorxunc ssenari işə düşür
ABŞ-ın Yaponiyaya atom bombası atmasının 79 ili tamam olduğu günlərdə dünya yenidən nüvə təhdidi ilə üz-üzədir. Yenə də geopolitik səhnədə təxminən eyni güclər üz-üzə dayanıb: Amerika, Avropa, Asiya, Rusiya. Bir sözlə, Qərb bloku ilə Şərq blokunun savaşı gedir. Dünya 80 il sonra təkrar proseslərə şahidlik edir.
KONKRET.az xəbər verir ki,bu dəfə mərkəz Ukrayna seçilib. İran və bütövlükdə Yaxı Şərq qlobal müharibənin qurbanı olmaq üzrədir.
Hazırda nüvə hücumunun olması üçün kifayət qədər uyğun şərtlər var. Ukrayna ordusunun Rusiyaya hücumu bunu daha da "münbitləşdirir". Əksər proqnozlarda Rusiyanın bu hücumlara taktiki nüvə silahları ilə cavab verəcəyi istisna edilmir. Gözlənilən hücumlar yalnız Ukrayna ərazisinə olmaya bilər – ABŞ-ın Avropadakı bazaları da Moskvanın hədəfindədir. Bunu Rusiya rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər.
Hazırda belə bir təhlükə realdırmı?
Mövzu ilə bağlı danışan politoloq Azad Məsiyev deyib ki, dünyada supergüclərin savaşı gedir:
"Başda ABŞ olmaqla NATO bloku Rusiyanı açıq şəkildə düşmən elan edib. ABŞ-ın qarşısını alacaq iki güc var: Rusiya və Çin.
Dünya yenidən çalxalanır. Ukrayna savaşı da bunun tərkib hissəsidir. Bu, NATO-Rusiya müharibəsinə çevrilib. Bir çox ölkə rəsmiləri müharibənin Rusiyanın qələbəsi ilə bitəcəyini söyləyir. Proseslər rəsmi Moskvanın xeyrinə işləyir. Qərb müharibənin bitməsində maraqlı olmadığı üçün bu gün Ukraynanı Rusiya ərazilərinə hücuma cəlb edir.
Qarşıdurma getdikcə pik həddə çatır. Rusiya rəhbərliyi açıq şəkildə bəyan edib ki, bu müharibədə ölkə üçün təhlükə yaranarsa, nüvə silahından istifadə ediləcək".
Politoloqun sözlərinə görə, ABŞ və Qərbin müharibəni qızışdırması bəşəriyyəti fəlakətə sürükləyir:
"Nüvə silahının işə düşməsi nə Rusiya, nə də ABŞ-a xeyir gətirəcək. Proses elə məhz bu istiqamətdə irəliləyir. Rəsmi Moskva və Vaşinqton savaşının birinci episentri Ukrayna, ikincisi isə Cənubi Qafqazdır.
Bu qarşıdurma bəşəriyyəti fəlakətə sürükləyir. Dünyanı idarə edən mərkəzlər bunu diqqətdə saxlamalıdır. Çünki faktiki olaraq Üçüncü Dünya müharibəsi Ukraynada gedir. Nüvə silahı işə düşən müharibədə qalib tərəf olmur. ABŞ öz gücünü, varlığını qoruyub saxlamaq üçün kiçik ölkələrdən vasitə kimik istifadə edir.Bu müharibədə nüvə silahının işə düşməsi qaçılmazdır. Ona görə də müharibə tezliklə dayandırılmalıdır"./Globalinfo.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar