Abramyan: Bakı çox böyük oyuna başlayıb
ABŞ Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi səylərində ardıcıldır.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Qor Abramyan ABŞ dövlət katibi Marko Rubio ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Söhbət zamanı digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, sülh gündəliyinin təşviqi, etimadın yaradılması və regional sabitliyin gücləndirilməsi üçün atılan addımlar müzakirə olunub.
Abramyan qeyd edib ki, ABŞ sülh prosesindəki yerini qorumağa, boşluğa yer verməməyə çalışır.
Erməni politoloq Qarabağ zəfərindən sonra bölgədə söz sahibinə çevrilən Azərbaycanın daha geniş hədəflərinə də diqqət çəkib:
"Azərbaycan daha böyük oyuna başlayıb və bu, təkcə Ermənistanla bağlı deyil, söhbət regionda aparıcı və diktəedici mövqe tutmaqdan gedir".

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı