ABŞ BMT-nin əzab kimi tanıdığı edam üsulundan əl çəkmir: Daha bir məhbusa işgəncə veriləcək - FOTO

ABŞ BMT-nin əzab kimi tanıdığı edam üsulundan əl çəkmir: Daha bir məhbusa işgəncə veriləcək - FOTOABŞ BMT-nin əzab kimi tanıdığı edam üsulundan əl çəkmir: Daha bir məhbusa işgəncə veriləcək - FOTO
Daha bir amerikalı məhbus azotdan istifadə edilərək edam edilə bilər.
Məlumata görə, Alabama Baş Prokurorluğu 1999-cu ildə üç nəfəri öldürən 59 yaşlı Alan Yucin Millerə qarşı hökmün icrasının bu üsulla həyata keçirilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Qeyd olunur ki, hüquq müdafiəçiləri bu edam növü ilə bağlı konsensusa gələ bilmirlər. Təmiz azotla edam edilən ilk məhbus Kennet Smitdə qeydə alınan tutmalar və qıcolmalar onlarda tərəddüd yaradıb.
Artıq ölüm cəzasına məhkum edilmiş məhbuslar da eksperimental üsulu qadağan etmək üçün müraciət ediblər.
"İnsanlar üzərində aparılan ilk təcrübənin nəticələri alınıb. Onlar göstərir ki, azotla boğulma, gözlənildiyi kimi, tez və ağrısız edam üsulu deyil, əksinə, əzablıdır", - deyə ərizədə bildirilir.
Bu səbəbdən Millerin cəzasının icra tarixi ətrafında qızğın müzakirələr gedir.
Xatırladaq ki, azot qazından istifadə etməklə tarixdə ilk edam 2024-cü il yanvarın 25-də ABŞ-də baş tutub. Sifarişlə qadın öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yucin Smit bu üsulla öldürülüb.
Daha sonra Alabama ştatının İslah Departamentinin komissarı Con Hamm jurnalistlərə bildirib ki, məhkum edam zamanı nəfəsini tutmağa çalışıb və mübarizə aparıb. Hammın sözlərinə görə, azot təxminən 15 dəqiqə ərzində Smitin bədəninə daxil olub. Alabama ştatının baş prokuroru Stiv Marşal isə edamın təxminən 30 dəqiqə çəkdiyini bildirib.
Qeyd edək ki, bu edam növü BMT-nin narazılığına səbəb olub. Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı hadisəni pisləyib və bunu qeyri-insani rəftar, işgəncə kimi təsnif edib.
ABŞ BMT-nin əzab kimi tanıdığı edam üsulundan əl çəkmir: Daha bir məhbusa işgəncə veriləcək - FOTOMənbə: Associated Press / oxu.az

Maraqlı       Tarix: 22 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az son xeberler valyuta mezennesi banklar xəbərlər