ABŞ Ukraynaya maliyyə yardımını dayandırır - Faydasızdır
ABŞ dövlət katibi Marko Rubio Ukraynaya əlavə maliyyə ayrılmasını faydasız adlandırıb və danışıqlara çağırıb.
KONKRET.azxəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rubio bildirib: "İndi hətta demokratlar da başa düşürlər ki, Ukraynaya maliyyə ayrılması dalana dirənib və bəlkə də daha pisdir. Ukrayna viran qalıb və getdikcə daha çox ərazi itirir".
O, həmçinin qeyd edib ki, Kiyevin perspektivləri ilə bağlı ictimaiyyət çaşdırılıb: "İnsanlar nədənsə əmin idilər ki, Ukrayna Rusiyanı nəinki məğlub, həm də məhv edə və 2012 – 2014-cü il sərhədlərinə qayıda bilər. Nəticədə bu baş vermədi və bizdən maliyyə tələb olundu".
Rubionun sözlərinə görə, Ukrayna yüz il geriyə atılıb. Onun enerji sektoru məhv edilib, milyonlarla vətəndaş ölkəni tərk edib və çox güman ki, geri qayıtmayacaqlar. Ölkənin yenidən qurulması üçün kimsə pul ödəməlidir". Dövlət katibi münaqişənin uzandığını və buna son qoymalı olduğunu vurğulayıb: "Danışıqlar lazımdır və hər iki tərəf prosesdə güzəştə getməlidir".
Vəli Həsənoğlu,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı