ABŞ Zəngəzurla bağlı məxfi sənədləri açdı - Ermənistan qarışdı

ABŞ Zəngəzurla bağlı məxfi sənədləri açdı - Ermənistan qarışdı"ABŞ Dövlət Departamentinin 90-cı illərdə Meğri dəhlizi ilə bağlı aparılan sənədləri açması, Ermənistanın Baş naziri Nikol Paşinyanın yalanını ortaya çıxarmaq üçün atılan addımdır".
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, Paşinyan keçmiş prezidentləri debatlara dəvət etdi, amma Levon Ter-Petrosyan əvəzində Paşinyanı danışıqlar sənədini yayımlamağa çağırdı:
"Paşinyan bunu etmədi, lakin onun yerinə bunu Vaşinqton etdi. ABŞ və Fransa, eləcə də digər Qərb ölkələri Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarı idilər. Nikol Paşinyan isə ictimaiyyəti inandırmağa çalışır ki, Qarabağın verilməsi qərarını Rusiya qəbul edib. Onlar müharibəni alovlandırdılar ki, Rusiya qoşunlarını çıxarsınlar. Bütün bunlar mərhələli şəkildə açılır. Nikol Paşinyan artıq ABŞ-la toqquşmadadır. Amerika isə ona qarşı propaqandanı başladıb. Əgər Madrid sənədləri ortaya çıxsa, Paşinyanın vəziyyəti pisləşəcək.
2000-ci illərdə diskussiya gedirdi ki, Qarabağ gərək Azərbaycandan ayrılsın, Ermənistan isə Laçın dəhlizi əvəzində ərazisinin bir hissəsini Azərbaycana versin. Lakin Bakının Ermənistan ərazisindən nəzarətsiz nəqliyyat dəhlizindən istifadəsi ilə söhbət getmirdi. Əgər Heydər Əliyev buna razılaşsaydı, o zaman bu, reallıq olacaqdı. Lakin razılıq verilmədi və məsələ baş tutmadı. Ona görə də Dövlət Departamentinin bəyanatı Nikol Paşinyana qarşı yönəlib. Amma bu həm də Rusiya əleyhinə addımdır. Əvvəllər güman edilirdi ki, Rusiyanın Qarabağda mövcudluğu şəxsən Putin tərəfindən hazırlanıb, amma yekunda həmin ərazi "satıldı". Bu gün isə ABŞ-ın faktiki hədəfi təkcə Paşinyan yox, həm də Rusiyadır".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan öncə Meğri dəhlizi ilə bağlı bəzi sənədlərin üzərində məxfilik qrifini götürüb. Sənədlərdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə, eləcə də amerikalı diplomatlarla danışıqları əks olunub. Sənədlərin məxfiliyinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaların artması, eləcə də Paşinyanın Köçəryanı Zəngəzur dəhlizini Azərbaycana verməkdə ittiham etməsi fonunda ləğv edilməsi xüsusilə diqqət çəkib.
Meğri dəhlizi 90-cı illərin sonun "Qobl planı" əsasında Azərbaycana verilməli idi. Plan Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tuturdu. Bu plan ətrafında müzakirələr fonunda Ermənistanda Levon Ter-Petrosyanın istefaya getməsi, eləcə də parlament teraktı (nəticədə ölkənin baş naziri, spikeri və digər rəsmiləri öldürülüb – red.) yaşanıb.

Siyasi       Tarix: 01 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən görüntülər ən son xəbərlər bugün azerbaycan son xeber bugun