"Açıq havada maska məcburi ola bilər

"Azərbaycanda müxtəlif vaksinlərdən geniş istifadə olunur. Görülən tədbirlər, aparılan əks-epidemik addımlar, o cümlədən karantin tədbirləri zaman-zaman öz müsbət nəticəsini versə də, son zamanlar yenə də koronavirusun yeni dalğasının, xüsusilə "Delta" ştamının qonşu ölkələrdə yayılmasından sonra Azərbaycanda da son vaxtlar müşahidə edilməsi daha ciddi tədbirlərin görülməsini tələb edir. Ötən ilin təcrübəsi göstərdi ki, sərt karantin rejiminin uzun müddət davam etməsi həm sosial-iqtisadi, həm də psixoloji cəhətdən cəmiyyətə və dövlətə mənfi təsir edir".
Azxeber.com xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev ifadə edib. Deputat qeyd edib ki, bunlardan daha əhəmiyyətlisi vaksinasiyanın genişləndirilməsindən ibarətdir: "Hazırda 4 milyondan çox insana iki doza vaksin vurulmasına baxmayaraq, hələ də peyvənd olunmayan vətəndaşlarımız var. Bu da xəstəliyin, ümumiyyətlə, "Delta" ştamının sürətlə yayılmasına təhlükə yaradır. Yay aylarında karantin rejiminin yumşaldılması, o cümlədən rayonlararası gediş-gəlişin, toy mərasimlərinin bərpa olunması, həmçinin restoranların, kafelərin, ictimai iaşə obyektlərinin, idman zallarının açılması bir tərəfdən əhalinin üzləşdiyi sosial və psixoloji gərginliyi aradan qaldırsa da, digər tərəfdən yeni yoluxma hallarının sürətlənməsinə gətirib çıxardı. Son günlərin statistikası bizi xüsusilə narahat etməkdədir. Çünki həm yoluxanların sayı kəskin artır, həm də ölüm halları çoxluq təşkil edir. Buna görə də reanimasiyalar ağır xəstələrlə dolur, bu da perspektivdə ölüm hallarının daha da artacağı təhlükəsi yaradır..
Bunların qarşısını almaq üçün nə etmək lazımdır? Şübhəsiz ki, birinci növbədə, vaksinasiyada stimullaşdırıcı addımlara getməliyik. Gündəlik yoluxanların sayının 1000 nəfəri keçməsi bizə qismən də olsa, karantin rejiminin sərtləşdirilməsi zərurətinin yarandığını göstərir. Yəqin ki, Operativ Qərargah bu barədə də öz tövsiyələrini bildirəcək. İstənilən halda, özünüqoruma tədbirlərini heç vaxt yaddan çıxarmamalıyıq".
M. Quliyev qeyd edib ki, açıq havada maskanın istifadəsi yalnız tövsiyə olunur: "Amma sosial məsafəni gözləmək şərti ilə açıq havada da imkan daxilində maskaya keçilməsi xüsusən payızın ilk aylarından başlayaraq məcburi xarakter ala bilər.
İnsanlar, eyni zamanda, xəstəliyə yoluxmamaq və ya onu yüngül keçirmək üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər. Vaksinasiya barədə tədbirlər geniş xarakter almalıdır. Həmçinin peyvənd olunan şəxslərə stimullaşdırıcı üstünlüklər verilə bilər. Bu barədə Avropanın yetərincə təcrübəsi var. Onlardan da istifadə etmək olar.
"Bütövlükdə biz pandemiya ilə mübarizəni necə aparacağımızı və bunun nə zaman bitəcəyini bilmədiyimizə görə bu addımları atmaq zərurətindəyik. Eyni zamanda, həm də ölkə iqtisadiyyatını qorumaq məcburiyyətindəyik. Biz kollektiv şəkildə bu işə məsuliyyətlə yanaşsaq, hesab edirəm ki, itkilərimiz daha da az olar".

Sosial       Tarix: 11 avqust 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun