Adapterləri cərəyana qoşanda niyə partlayış baş verir? - MÜTƏXƏSSİS RƏYİ + FOTO

Adapterləri cərəyana qoşanda niyə partlayış baş verir? - MÜTƏXƏSSİS RƏYİ + FOTOAdapterləri cərəyana qoşanda niyə partlayış baş verir? - MÜTƏXƏSSİS RƏYİ + FOTO
Son vaxtlar telefonların adapterlərinə görə dəhşətli partlayışlar baş verir. Təəssüf ki, daha çox xarici ölkələrdə baş verdiyini düşündüyümüz bu cür hadisələr artıq Azərbaycanda da telefon istifadəçilərini sınağa çəkən məqama çevrilib. Belə ki, ölümlə nəticələnən hadisələrin təfərrüatını araşdıranda məlum olub ki, telefonu enerji yığması üçün elektrik yuvasına qoşan zaman şiddətli partlayış olur.
Maraqlıdır, həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar və onların enerji cihazları doğrudan təhlükəlidir? Faciəli hadisələrlə üzləşməmək üçün insanlar telefon və ehtiyat hissələrini necə seçməlidirlər?
Bununla əlaqədar Oxu.Az-a danışan Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Hüseynqulu Quliyevin sözlərinə görə, keyfiyyətsiz və istifadəyə yararsız telefon batareyalarından istifadə zamanı partlayış və ya yanğın baş verə bilər:
"Belə ki, batareya enerji yığan zaman həddindən artıq qızma baş verə bilər və bu səbəbdən batareyada yanma və partlayış yarana bilir.
İnsanlar düşünürlər ki, telefonlara fərqli adapterlərin və "USB" adlanan əlaqələndirici naqillərin qoşulması da belə təhlükələrə gətirib çıxarır. Bu iddialarda əsas var. Çünki telefonu uzun müddət istifadə etmək mümkündür, amma onun ehtiyat hissələri daha tez sıradan çıxır. İnsanlar məcbur olub, telefon aksesuarlarını, o cümlədən adapterləri dəyişməli olurlar. Bu zaman keyfiyyətsiz adapter seçilməsi problemlərə səbəb olur. Qeyd etdiyim kimi, keyfiyyətsiz adapterlərin istifadə edilməsi adapterin özündə və telefonda qızmaya səbəb ola bilir".
Adapterləri cərəyana qoşanda niyə partlayış baş verir? - MÜTƏXƏSSİS RƏYİ + FOTOMütəxəssis adapterlərin elektrik cərəyanına qoşulması zamanı diqqət edilməli məqamları da vurğulayıb. H.Quliyevin sözlərinə görə, adapterin göstəriciləri zəif, elektrikin gücü yüksəkdirsə, bu da ciddi problemdir:
"Adapterlər elektrik avadanlığı olduğu üçün onların işçi-elektrik xarakteristikaları var: giriş gərginliyi, tezlik, çıxış gərginliyi və cərəyan.  Bu sadalanan parametrlər adapterin pasportunda göstərilən kəmiyyətlərə uyğun olmalıdır. Məsələn, giriş gərginliyinin diapazonu 100-240 V nəzərdə tutulubsa, bu xarakteristikadan kənara çıxaraq istifadə edilməməlidir. Əks halda, qeyd olunan mənfi halların baş verməsi mümkündür.
Hazırda uşaqdan böyüyə hər kəs telefon istifadə edir. Amma bu cihazların uzun müddət və təhlükəsiz istifadə edilməsinə də diqqət etmək lazımdır. Telefon və onun ehtiyat hissələrini necə gəldi, işlətmək, düzgün deyil. Adapterlərdən yüksəkrütubətli yerlərdə istifadə edilməməli, havalanma olmasına diqqət göstərilməlidir. Batareyalara 0%-ə qədər boşalma imkan verilməməli, 10-30% olduqda doldurmalıdır. Çalışmaq lazımdır ki, 95% qədər dolsun. Bu zaman həmin batareyaların xidmət müddətini uzatmış oluruq. Sıradan çıxmış, yəni "şişmiş" batareyalardan istifadə edilməməsi tövsiyə olunur".
Xatırladaq ki, adapterlərin ölümə səbəb olduğu sonuncu partlayış hadisəsi bu il sentyabrın 25-də Kürdəmirdə yaşayış evində baş vermişdi. İlkin araşdırma zamanı aydınlaşıb ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Təəssüf ki, partlayışda yaralanan ər və arvadın həyatını xilas etmək mümkün olmayıb.
Aysel Aslan 

Maraqlı       Tarix: 21 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər