ADB Azərbaycanın dayanıqlı iqtisadi bərpasına görə proqnozunu yaxşılaşdırıb
Mərkəzi Asiya regionunda bu il ümumi daxili məhsulun (ÜDM) artım proqnozu əsaslı surətdə artırılaraq 4,1 %-dən 4,7 %-ə yüksəldilir ki, bu da, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın ilin ilk 3 rübündə ümumən dayanıqlı iqtisadi bərpası hesabına yaxşılaşan proqnozu əks etdirir.
Azxeber.com xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.
Sənədə əsasən, gələn il, subregionda artım proqnozu Azərbaycan, Ermənistan, Qazaxıstan və Tacikistan üçün daha yaxşı perspektivlər hesabına 4,2 %-dən 4,4 %-ə qaldırılıb.
Subregionun ən böyük iqtisadiyyatı olan Qazaxıstanın ÜDM-si, bu ilin yanvar-sentyabr aylarında 3,4 % artıb.
Dövlət dəstəyi ilə emal sənayesində 5,7 % artım qeydə alınıb, neft hasilatı 3,4 %, qaz hasilatı 5,6 %, mədənçıxarma sənayesi 0,8 % azalıb. Pandemiya məhdudiyyətlərinin tədricən aradan qaldırılması ilə xidmətlər sektoru 2,9 % genişlənib.
2021-ci il yanvarın 1-də qanunvericiliyə edilən dəyişikliklər vətəndaşlara bəzi pensiya fondlarından mənzil tikintisini maliyyələşdirmək üçün istifadə etməyə icazə verdiyi və iri dövlət infrastrukturunun inkişafı proqramları sektora fayda verməyə davam etdiyi üçün tikinti sektorunda 9,7 % güclü artım qeydə alınıb. Şiddətli quraqlıq nəticəsində heyvandarlıq və məhsul itkisinə baxmayaraq, kənd təsərrüfatı 1,4 % artıb.
4 noyabr 2021-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC+) rəhbərlik etdiyi neft ixracatçıları bu ilin dekabr ayından planlaşdırılan neft hasilatını gündəlik 400 min barel artırmağa razılaşıb. Çox güman ki, neft hasilatı əmtəələrə qlobal tələbin bərpası və neft qiymətlərinin artması ilə daha da artacaq.
Bu hadisələr Qazaxıstanın iqtisadi artımı üzrə proqnozunu bu il 3,4 %-dən 3,7 %-ə, 2022-ci ildə isə 3,7 %-dən 3,9 %-ə yenidən nəzərdən keçirilməsinə səbəb olub.
ADB bildirir ki, bu ilin 9 ayında Azerbaycan iqtisadiyyatında xüsusilə istehsalatda güclü genişlənmə ilə 4,8 % artım qeydə alınıb.
ADB-nin "Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021" sentyabr hesabatına görə, bu ilin sonuna Azərbaycanın ÜDM-in artım tempi 2,2 %, gələn ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırılırdı.
Xidmetler [newsid: 0-123300]

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ