Adi duzun alternativini qəbul etmək milyonlarla insanın ömrünü uzada bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adi duzu aşağı natrium tərkibli alternativlərlə əvəz etmək üzrə yeni tövsiyələr verib.
KONKRET.az ÜST-nin saytına istinadla xəbər verir ki, bu tədbir ürək-damar xəstəlikləri riskini azaltmağa və bütün dünyada milyonlarla insanın ömrünü uzatmağa kömək edə bilər.
Həddindən artıq duz qəbulu çoxdandır sağlamlıq üçün risk amili kimi tanınır, o, qan təzyiqini yüksəldir, insult, infarkt və böyrək xəstəlikləri riskini artırır.
ÜST gündə iki qramdan çox olmamaqla xörək duzu qəbulunu tövsiyə edir, lakin insanlar orta hesabla 4.3 qramdan çox – normadan iki dəfə çox qəbul edirlər.
ÜST alternativ qismində natriumun bir hissəsinin kaliumla əvəz olunduğu kalium tərkibli duzdan istifadə etməyi təklif edir. Bu, zərərli maddələrin qəbulunu azaltmaqla yanaşı, təzyiqi normallaşdırmağa kömək edən faydalı mineralların qəbulunu artırır.
Tədqiqatlar göstərir ki, belə bir keçid ürək-damar xəstəliklərinin sayını əhəmiyyətli dərəcədə azalda və milyonlarla insanın ömrünü uzada bilər.
Bu duzun əsas üstünlüyü ondan ibarətdir ki, dadına və xassələrinə görə adi duzdan praktiki olaraq fərqlənmir, ona görə də gündəlik kulinariyada istifadə etmək asandır.//Oxu.az
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü