ADY-dən həmin sərnişinin şikayətinə CAVAB

ADY-dən həmin sərnişinin şikayətinə CAVABXəbər verdiyimiz kimi, Bakı-Sumqayıt qatarlarından istifadə edən bir qadın sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan Dəmir Yollarının (ADY) qatarların hərəkət cədvəli ilə bağlı qərarından narazılığını bildirib.
Vətəndaş qeyd edib ki, iki qatarın bir qatarla əvəzlənməsi nəticəsində sərnişin sıxlığı artıb və işdən çıxarkən uzun müddət qatar gözləməli olur:
"İki dolu qatardakı insanları birləşdirib bir qatara yığmaq qərarına gəldilər. Mən işdən çıxanda bir saata yaxın qatar gözləyirəm. Hələ bir üstəlik, oturacağam, oturmayacağam, qatara minəcəyəm, minməyəcəyəm dərdini və stresini çəkirəm".
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) sorğu ünvanladıq.
Qurumdan azxeber.com-a bildirilib ki, son günlərdə xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının artması müşahidə olunur:
"Son günlərdə xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının bir qədər də artması müşahidə olunur. Sərnişinlərin narahatlığını anlayırıq. Mövcud vəziyyət bir neçə amillə bağlıdır. Hazırda şəhərətrafı sərnişindaşıma 9 qatarla 102 reys həyata keçirilir. Sərnişin sayının sürətli artımı fonunda qatar parkının mövcud imkanları əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur".
ADY-dən bildirilib ki, son iki ildə şəhərətrafı qatarlarla sərnişindaşımada 40 faizdən çox artım qeydə alınıb:
"Bununla yanaşı, son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artıb. Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından isə artıq 52 mindən çox təşkil edir. Beləliklə, son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb. Sərnişin artımına şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklər də təsir edir. Məlum olduğu kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb. Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur".
Qurum qatarların təmirə cəlb olunmasının hərəkət cədvəlinə təsir etdiyini açıqlayıb:
"Onu da qeyd edək ki, qatarlar əsasən yay aylarında planlı şəkildə əsaslı təmirə cəlb olunur. Bununla yanaşı, müəyyən texniki xidmət və təmir işləri, o cümlədən aylıq qaydada həyata keçirilir. Sentyabrda tədris ilinin başlaması ilə əlaqədar sərnişin artımı nəzərə alınaraq qatarlardan biri pik saatlarda əlavə reyslərin yerinə yetirilməsinə cəlb olunub. Həmin qatar oktyabrın 5-dən təmirə göndərildiyi üçün hərəkət cədvəlində müvəqqəti dəyişikliklər edilib. Texniki xidmət və təmir işləri qatarların təhlükəsiz və etibarlı istismarının təmin olunması baxımından zəruridir".
ADY sərnişin tələbatının artması fonunda şəhərətrafı daşımaların imkanlarının genişləndiriləcəyini bildirib:
"Sərnişin tələbatının artması nəzərə alınaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirilir. Abşeron dairəvi dəmir yolu xəttinin dəyişən cərəyan sisteminə keçidi üzrə işlər başa çatdıqdan sonra dəyişən cərəyan sistemi ilə işləyən qatarların da bu marşrutda istifadəsi mümkün olacaq. Bu, sərnişin tələbatının yüksək olduğu saatlarda əlavə daşıma imkanlarının artırılmasına şərait yaradacaq".
Qurumdan bildirilib ki, 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür:
"Bununla yanaşı, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür. Nəzərə almaq lazımdır ki, yeni qatarların alınması yalnız satınalma prosedurundan ibarət deyil. Hərəkət tərkibinin texniki tələblərinin müəyyənləşdirilməsi, istehsalı, sınaqları, Azərbaycan dəmir yolu infrastrukturu və enerji sistemlərinə uyğunlaşdırılması, eləcə də istismara qəbul prosesi müəyyən vaxt tələb edir. Azərbaycan Dəmir Yolları artan sərnişin tələbatını nəzərə alaraq mövcud imkanlardan maksimum səmərəli istifadənin təmin edilməsi, qatar parkının mərhələli şəkildə genişləndirilməsi və pik saatlarda sərnişin sıxlığının azaldılması istiqamətində tədbirləri davam etdirəcək".
Fəridə Əsədzadə

Sosial       Tarix: 07 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəs

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü - FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktl

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son dəqiqə hava proqnozu cəbhədən son xəbər enson xeberler