Ağ Ev rəhbəri bəşəriyyət üçün nüvə silahından daha böyük təhlükəni açıqladı

Ağ Ev rəhbəri bəşəriyyət üçün nüvə silahından daha böyük təhlükəni açıqladıAğ Ev rəhbəri bəşəriyyət üçün nüvə silahından daha böyük təhlükəni açıqladı
"İnsan varlığı üçün ən ciddi təhlükə nüvə silahı deyil, iqlim dəyişikliyidir".
Bu barədə ABŞ Prezidenti Co Bayden Kaliforniyada keçirilən seçki kampaniyası zamanı bəyan edib.
"İqlim ən son ekzistensial təhlükədir", - deyə o əlavə edib.
Qeyd edək ki, 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 21-ci Konfransından sonra dünya təşkilatının 193 üzvü Paris Sazişini dəstəkləyib.
Azərbaycan da İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan istixana qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.
Sənədin məqsədi 2100-cü ilə qədər planetdə orta illik temperaturun sənayeyəqədərki səviyyələrlə müqayisədə iki dərəcədən çox artmasının qarşısını almaq və artımı 1,5 dərəcə civarında saxlamaq üçün mümkün olan hər şeyi etməkdir.
Alimlər hesab edirlər ki, daha çox istiləşmə ətraf mühit üçün geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2022-ci ildə orta temperatur 1850-1900-cü illərin orta illik göstəricisindən 1,15 dərəcə (1,02 - 1,27 dərəcə) yüksək olub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 - bu ilin noyabr ayında Bakıda keçiriləcək.
Mənbə: TASS / oxu.az

Maraqlı       Tarix: 22 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az son xeberler valyuta mezennesi banklar xəbərlər