Ağcaqanadlar İrandan Azərbaycana ölüm gətirəcək? - Kabusa çevrilmiş xəstəliklə bağlı TƏFƏRRÜAT

Ağcaqanadlar İrandan Azərbaycana ölüm gətirəcək? - Kabusa çevrilmiş xəstəliklə bağlı TƏFƏRRÜAT</p> 
 <p>İranda yayılan denge qızdırması Ərdəbil əyalətinin Azərbaycanla sərhəddə yerləşən Biləsuvar rayonuna çatıb.
Bir müddətdir, İranın bir neçə əyalətində yayılan və bir neçə nəfərin ölümünə səbəb olan denge qızdırması bölgənin kabusuna çevrilməkdədir. Biləsuvar fərmandarı xəstəliyə aedes ağcaqanadlarının səbəb olduğunu deyib.
Artıq sərhədlərimizə qədər gəlmiş denge qızdırması nədir və onun Azərbaycanda da yayılması ehtimalı varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan infeksionist Mərdan Əliyev deyib ki, hemorragik xəstəliklər sinifinə aid olan denge qızdırması təhlükəli viruslar tərəfindən törəyir:
Ağcaqanadlar İrandan Azərbaycana ölüm gətirəcək? - Kabusa çevrilmiş xəstəliklə bağlı TƏFƏRRÜAT</p> 
 <p>"Xəstəliyin ilkin simptomları yüksək hərarət, halsızlıq, sümük və əzələ ağrıları, baş ağrılarıdır. Ağırlaşmalar zamanı xüsusi qanaxmalar olur. Qanaxmalar həm daxili orqanlarda, həm də xaricdə – dəridə və s. özünü göstərir. Buna görə də denge qızdırmasını hemorragik xəstəliklər sinfinə aid edirik. Xəstəliyə yoluxan insanların ölüm riskləri də yüksək olur".
İnfeksionist denge qızdırmasını İrana xas olmayan xəstəlik kimi qiymətləndirib:
"Denge qızdırması endemik xəstəlikdir. Xəstəliyin yaylılmasına xüsusi ağcaqanadlar səbəb olur. Xəstəlik əvvəllər İranda özünü nadir göstərsə də, son bir neçə ayda daha çox müşahidə edilir. Buna baxmayaraq, xəstəlik İrana xas deyil. Xəstəliyin İrana gəlib çıxmasının səbəbi iqlim dəyişikliyi ilə bağlıdır. Son vaxtlar müşahidə edilən qlobal istiləşmə nəticəsində fəsillərdə dəyişkənlik baş verib. Bu da bəzi yerlərdə quralıq və istiliyin artmasına, bəzi yerlərdə isə yağışların çoxalmasına gətirib çıxarır. Bununla da balans pozulur, yağış, quraqlıq düzgün paylanmır nəticədə yeni xəstəliklər yaranır".
Ekspert xəstəliyin Azərbaycanda da yayılması ehtimalının olduğunu istisna etməyib:
"Xəstəliyi törədən ağcaqanadların yaşaması üçün mühit lazımdır. Bu mühit indiyə qədər bizdə olmayıb. Amma xəstəliyin ölkəmizə gəlməsi nzəri cəhətdən mümkündür. Əvvəllər Afrika ölkələrində olan bu xəstəlik müəyyən müddət sonra İranda özünü göstərir. İran da Azərbaycanla sərhəd, qonşu ölkədir. Xəstəlik və xəstəliyi yayan ağcaqanadla Afrikadan İrana gəlib çıxıbsa, oradan da bizə keçə nilər. Çünki son zamanlar ölkəmizdə də anomal istilər müşahidə olunur".
Aygün Mirakif
KONKRET.az

Sağlamlıq       Tarix: 18 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum cəbhədən son məlumat futbol xeberleri xeberler bugun