Aİ Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırdı
Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Əbu-Dabidə keçirilən görüşü alqışlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət üzrə sözçüsü Anitta Hipper bəyanat verib. Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistan arasında normallaşma prosesini qətiyyətlə dəstəkləyir.
"Mart ayında sülh sazişi layihəsi üzrə danışıqların tamamlanması Cənubi Qafqazda davamlı sülhə doğru atılmış mühüm addımdır", – deyə Hipper bildirib.
Aİ tərəfləri sülh sazişini ən qısa zamanda imzalamağa və ratifikasiya etməyə çağırıb. İttifaq, eyni zamanda, ehtiyac olduğu halda əlavə texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi