Aİ Azərbaycanda "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyir
"Azərbaycanın kənd təsərrüfatı sahəsində Avropa İttifaqı tərəfindən maliyyələşən məsləhət xidmətlərinin gücləndirilməsi üzrə layihə 26 ay davam edəcək".
Milli.Az xəbər verir ki, bunu Trend-ə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.
Onun sözlərinə görə, bu layihənin məqsədi kənd təsərrüfatı sektorunda indiki və gələcək problemlərə daha yaxşı reaksiya göstərə biləcək səmərəli və dayanıqlı məsləhət xidməti strategiyasının hazırlanmasında hökumətin səylərini dəstəkləməkdir:
"Bizim hədəfimiz Azərbaycan və hökumətinə və xidmət tədarükçülərinə kənd rayonlarında fermer təsərrüfatlarının gəlirlərinin artması üçün daha məqsədəuyğun olan əməliyyat ssitemlərinin, proses və xidmətlərin modernləşdirilməsini keçirməkdə kömək etməkdir".
M.Çakmak bildirib ki, layihə üç müstəvidə işləyir: əlverişli mühit, institusional inkişaf və məsləhətçilərin, məsləhət xidməti rəhbərlərinin, fermerlərin və digər kənd təsərrüfatı innovasiya sistemi subyektlərinin fərdi potensialının yüksəldilməsi.
O əlavə edib ki, FAO Azərbaycanı həm də "Dayanıqlı İnkişaf Məqsədləri" çərçivəsində prioritet hədəflərə nail olunmasında dəstəkləyir.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar