Alimlər sonsuzluğun inkişafı ilə birbaşa əlaqəli olan beyin hüceyrələrini aşkar etdilər
Alimlər sonsuzluğun inkişafı ilə birbaşa əlaqəli olan beyin hüceyrələrini aşkar etdilər
Xüsusi beyin hüceyrələri yumurtalıqların fəaliyyətinə nəzarət edən hormonların ifraz olunmasına cavabdehdir.
"Scientific Reports" jurnalında dərc edilən bu kəşf kənd heyvanlarında və insanlarda sonsuzluğun effektiv müalicə üsullarını inkişaf etdirməyə kömək edəcək.
Tədqiqatçılar kisspeptin zülalının ifrazına cavabdeh olan "Kiss1" genini çıxararaq dişi siçovulların genetik modifikasiyasına nail olublar. Gen yalnız dinorfin maddəsinə həssas olan beyin sinir hüceyrələrində (neyronlarda) çıxarılıb. Bu, siçovulların məhsuldarlığının zəyifləməzinə səbəb olub. Belə ki, onların yumurtalıqları daha az kütləyə malik olub, həm də onlar adi siçovullardan daha az bala dünyaya gətiriblər.
Sonrakı təcrübələr göstərdi ki, dinorfinə həssas neyronlar follikul stimullaşdırıcı hormon və GnRH hormonunun sərbəst buraxılmasını tənzimləyir. Bütün məməlilərdə, o cümlədən insanlarda yumurtalıqların fəaliyyətindən məsuldurlar. Bu proseslər pozulduqda, yumurtanın mayalanması çətin və ya qeyri-mümkündür.
Qeyd edək ki, əvvəlki tədqiqatlar dinorfinin reproduktiv sistemdə mühüm rol oynadığını təsdiqləyib. Yeni iş ilk dəfə bu təsirin mexanizmlərini aşkarlayıb və bu sonsuzluğun müalicəsi üçün nəzərdə tutulmuş dərmanların hazırlanmasında faydalı ola bilər.
Mənbə: gazeta.ru
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR