Alimlərdən təşviş dolu açıqlama: İki milyard insanın həyatı risk altındadır - FOTO
Alimlərdən təşviş dolu açıqlama: İki milyard insanın həyatı risk altındadır - FOTO
İstixana qazı emissiyaları kəskin şəkildə dayanmasa, XXI əsrdə Himalayın Hinduquş dağları buzlaqların 80 faizə qədərini itirəcək.
Bu qorxulu proqnoz barədə Katmanduda yerləşən Dağların İnteqrasiya edilmiş İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatında deyilir.
Nepal tədqiqat təşkilatının mütəxəssislərinin sözlərinə görə, 2010-cu ildən bəri Himalaydakı buzlaqlar əvvəlki onillikdən 65 faiz daha sürətlə əriyir.
Elm adamları bildiriblər ki, iqlim dəyişikliyi səbəbindən buz örtüyünün azalması aşağı axarda yaşayan insanlar üçün şirin suyun azalmasına səbəb olacaq.
Müəlliflər həmçinin dağlardakı 200 buzlaq gölünü təhlükəli hesab ediblər və ərimə nəticəsində əsrin sonunda regionda daşqınların, eləcə də uçqunların sayında əhəmiyyətli artım müşahidə oluna biləcəyi təhlükəsindən danışıblar. Bu isə 12 dağ çayı boyunca yaşayan iki milyarda yaxın insanın risk altında olması deməkdir.
Mütəxəssislərin sözlərinə görə, Himalay dağlarında buzların əriməsinin qarşısını almaq üçün istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq son dərəcə vacibdir.


Mənbə: Lenta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR