Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi

Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildiAlmaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi
Almaniyanın Köln şəhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən icazəli aksiya təşkil edilib. Şəhərin "Roncalliplatz" meydanı adlanan ərazisində baş tutan aksiyada azərbaycanlı icmasının Köln şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak edib.
Bununla bağlı Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhəri və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması, humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq ermənilərin daha da azğınlaşaraq riyakar siyasət həyata keçirməsi kəskin şəkildə pislənilib. Mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki infrastrukturun dağıdılmasına kəskin etiraz bildirilib.
İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Azərbaycan sülh istəyir!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora "Yox" deyirik!", "Erməni terrorçuluğuna son qoyun!", "Uşaq ölümünə son qoyun!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" və s. şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəklədiklərini bildirib, beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması üçün ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb. /oxu.az

Sosial       Tarix: 17 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat ensonxeberler valyuta məzənnələri butun xeberler