Altı il birlikdə yaşadığı kişinin doğma qardaşı olduğunu öyrəndi
Altı il birlikdə yaşadığı kişinin doğma qardaşı olduğunu öyrəndi
Amerikalı sevgililər DNT testindən keçdikdən sonra qorxunc sürprizlə üzləşiblər. Belə ki, onlar bacı-qardaş olduqlarını öyrəniblər.
Başına gələnlər barədə 30 yaşlı qadın "Reddit"də paylaşım edib.
Onun sözlərinə görə, orta məktəbdə oxuyarkən uşaq vaxtı övladlığa götürüldüyünü öyrənib. Bu fakt onu himayədar ailədə böyüyən sevgilisi ilə daha da yaxınlaşdırıb. Cütlük altı il sevgili olub. Bir gün gənclər öz kimlikləri barədə daha çox məlumat əldə etmək üçün DNT testindən keçməyə qərar veriblər. Test isə kişinin onun qardaşı olduğunu göstərib.
"Bizim gözəl münasibətimiz var, bir-birimizi mükəmməl başa düşürük. Ümumiyyətlə, bir-birimizə çox tez bağlanmışdıq. Özümü bu qədər yaxın hiss etdiyim başqa birinə rast gəlməmişəm. İndi başa düşürəm ki, bütün bunlar onun mənim doğma qardaşım olduğu üçün belə imiş. Bizə həmişə deyirdilər ki, biz çox oxşarıq və ya o, mənim kişi variantımdır", - deyə qadın bildirib.
Altı il birlikdə yaşayan sevgililər evlənməyə hazırlaşırmışlar.
"Uşaq sahibi olmamaq qərarına gəldiyimiz üçün şadam", - deyə öyrəndiklərindən hələ də şok vəziyyətində olan qadın əlavə edib.
Onun sözlərinə görə, testin nəticələrini sevgilisinə göstərdikdən sonra onlar yenidən DNT analizi vermək qərarına gəliblər.
Kişi təkrar test nəticələri hazır olana qədər sevgilisinə təlaşa düşməməyi və tələsik qərarlar verməməyi təklif edib.
Sosial şəbəkə istifadəçiləri cütlüyə öz təəssüflərini bildiriblər.
"Belə vəziyyətə düşmək dəhşətli olmalıdır", "Çox kədərlidir. Bununla başa çıxmağın necə ağır olacağını təsəvvür edirəm", - deyə istifadəçilər bildiriblər.
Mənbə: The Mirror
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR