Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTO

Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTOAnasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTO
Kulis.az türkiyəli aktrisa Türkan Şoray haqqında maraqlı faktları təqdim edir.
Türkan Halit qızı Şoray 28 iyun 1945-ci ildə İstanbulda maddi imkanları məhdud ailədə anadan olub. Atası dəmir yolunda növbətçi işləyib. Anası Meliha Şoray isə evdar qadın olub.
Orta məktəb təhsilinə Rami Taş məktəbində başlasa da, daim bir yerdən başqa yerə köçdükləri üçün Türkan orta məktəbi 1956-cı ildə Feriköy orta məktəbində tamamlayır.
1954-cü ildə onun valideynləri boşanırlar. Türkan və digər bacı-qardaşları anası ilə birgə yaşamağa davam edirlər. Orta məktəbi başa vurandan sonra Türkan kirayə qaldıqları ev sahibinin qızı Emel Yıldızla tanış olur və onun köməyi ilə kino sahəsinə daxil olur.
Emel Yıldız həmin vaxt "Kənddə bir qızı sevdim" filmində baş rola çəkilir. Bir gün o, Türkanı da filmin çəkiliş meydançasına aparır. Burada o, filmin rejissoru Türker İnanoğlu ilə tanış olur. İnanoğlu baş rola Türkan Şorayın daha uyğun olacağına qərar verir. Beləliklə, 1960-cı ildə Türkan debütünü edir.
Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTO1960-cı illərin əvvəllərində Şorayın şöhrəti Türkiyəyə yayılmağa başlayır. Ard-arda filmlərə dəvət alır, kino adamları ilə tanış olur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadıqları "Acı həyat" filmi Şoraya ilk "Qızıl Portağal" mükafatını qazandırır. Bu filmdə manikürçü Nərmin rolu aktrisanın karyerasında əhəmiyyətli yer tutur.
Şöhrətinin artması ilə kişilərin diqqətini cəlb edən aktrisa günlərin birində film çəkilişi zamanı özündən xeyli böyük olan iş adamı Rüçhan Adlı ilə tanış olur.
Rüçhan Adlının Şorayın həyatında mühüm yeri olur. Ata məhəbbətindən, sevgisindən məhrum böyüyən aktrisa bu sevgi və qayğını Adlıda taparaq 20 il onunla birgə yaşayır.
Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTOAncaq deyilənlərə görə, Gülsen İşer adlı jurnalist Müslüm Gürsesin xanımı haqqında yazdığı "Ömrüm boyu ağladım" adlı kitabında Rüçhan Adlının Türkan Şoraydan əvvəl onun anası Meliha Şoray ilə sevgi münasibətində olduğunu yazır.
Şorayın "sultan" olmasında və qanunlarının formalaşmasında Adlının böyük rolu olub. Adlı göndərdiyi gül buketlərinə bağladığı kartlarda və ya qoyduğu qeydlərdə Şoraya həmişə "Sultanım" deyə müraciət edirmiş. Bir müddət sonra həmin söz Şorayın ləqəbinə çevrilir.
Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTO1966-cı ildə Türkan bir-birinin ardınca çoxsaylı filmlərə çəkilir. Kinoteatrlarda ancaq onun eyni mövzuda çəkildiyi filmlər nümayiş olunur. Bu isə onun əleyhinə işləməyə başlayır. Aktrisa seçici davranmağa, çəkiləcəyi filmlərin müqabilində yüksək qonorar tələb etməyə başlayır. Ancaq bu da film istehsalçıları tərəfindən onun qara siyahıya salınmasına səbəb olur. Belə olan halda Şoray prodüserlərinin və menecerlərinin köməyi ilə 18 bənddən ibarət qaydalar formalaşdırır. Və təklif olunan hər bir ekran işi üçün bu qaydaları təqdim edir.
1977-ci ildə aktrisa Kadır İnanırla birgə "Selvi boylum, al yazmalım" adlı filmə çəkilir. Bu film aktrisanın karyerasında böyük rol oynayır.
Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar + FOTO1983-cü ildə aktrisa iyirmi il birlikdə yaşadığı Rüçhan Adlıdan ayrılır. Elə həmin ildə o, kino və teatr sənətçisi Cihan Ünalla ailə qurur. Bu evlilikdən onların Yağmur adlı qızları dünyaya gəlir. Ancaq dörd il sonra cütlük ayrılmaq qərarı verir.
Çoxları aktrisanın iyirmi il birlikdə olduğu Rüçhan bəyi sevdiyini iddia etsələr də, aktrisa verdiyi müsahibələrdə və açıqlamalarda qızının atasını sevdiyini hiss etdirib. Türkan Şoray müsahibələrinin birində deyir:
"Rüçhan bəy mənim üçün ata kimi idi, çünki o, məndən xeyli yaşlı idi. Cihan bəyin hər zaman ürəyimdə yeri var. Ölənə qədər də belə olacaq. Ən qiymətli varlığım olan qızım Yağmurun atasıdır Cihan bəy. Çox yaxşı atadır. Yağmurun bütün özəl günlərində bizimlə olub, hər zaman bir yerdə olmuşuq".
Bəzi yerli mənbələrdə aktrisanın ata tərəfdən naxçıvanlı olduğu yazılır. Bu haqda o, müsahibələrinin birində deyir:
"Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir".
77 yaşlı aktrisa karyerası boyu 222 filmə çəkilib. Dəfələrlə ölkədə və ölkədən kənarda çoxsaylı mükafatlar qazanıb. Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi adını qazanıb. "Sinemam ve ben" adlı kitabın müəllifidir. / oxu.az

Maraqlı       Tarix: 04 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər