Anomal istilərlə bağlı işəgötürənlərə müraciət edilib

Anomal istilərlə bağlı işəgötürənlərə müraciət edilibSon vaxtlar ölkə ərazisində davam edən anomal isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) çoxsaylı müraciətlər daxil olur.
Azxeber.com xəbər verir ki, AHİK-dən "report"a verilən məlumata görə, Əmək Məcəlləsinə və ona 2 saylı "Əlavə"yə əsasən, havanın temperaturu +41 dərəcə selsidən (2009-cu ilədək 45 dərəcə idi) çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.
Qeyd olunub ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir:
"İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri səbəbindən baş verməyən boşdayanma kimi Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İstehsal fasiləsiz xarakter daşıdıqda müəssisədə işi dayandırmaq mümkün olmur.
Bu zaman həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən bir-birini əvəz edən növbələr müəyyən edilməlidir.
İşlərin dayandırılması, işçilərə fasilələr verilməsi, fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə müəyyən edilir.
Məcəllənin 222-ci maddəsinə əsasən, ilin isti vaxtlarında açıq havada işləyənlərin fasilələr zamanı istirahət etmələri üçün işəgötürən tərəfindən otaqlar hazırlanmalıdır.
Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulub ki, isti hava şəraitində iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər.
Bu cür hallarda əgər işçi tutduğu vəzifədən aşağı maaşlı işə keçirilərsə, bu zaman onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılmalıdır.
Əmək müqaviləsi bağlanan zaman müqavilədə mütləq işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləməsinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir.
Məhz ona görə də Əmək Məcəlləsinə 1-ci əlavə olan "Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasın"da əmək şəraitinin şərtlərinə xüsusi paraqraf ayrılıb.
Həmin paraqrafın 4.9 bəndində qeyd edilir ki, işçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır.
Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilirlər.
Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması 15 prinsip əsasında həyata keçirilir. Bunlardan biri "işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması" prinsipidir.
Öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu prinsipi əsas götürərək işçilərin həyat və sağlamlığı üçün təhlükə törədə bilən işlərin dayandırılması, fasilələrin sayının və müddətinin müəyyən edilib verilməsinə nail olmaq üçün tədbirlər görülməsi və buna mane olan işəgötürənlər barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi üçün sahə həmkarlar ittifaqı respublika komitələrinə hər il xüsusi tapşırıq verilir.
Ölkədə havanın isti keçəcəyi ilə bağlı Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsaslanaraq bu ildə üzv təşkilatlara havanın hərarəti 41 dərəcəni keçərsə, xidmət sahələrində olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəzarət edilməsi, günvurma və istivurma hallarının qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi tövsiyə edilib".

Sosial       Tarix: 23 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az