AQTA 14 müəssisədə pozuntular aşkarladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Azxeber.com-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 6-da ölkə üzrə 414 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küç., ev 27A ünvanında yerləşən, fiziki şəxs Musayev Alim Teymur oğluna məxsus "Məclis" çay evi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, fiziki şəxs Rəsullu Elşən Ələddin oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 42 ünvanında yerləşən, hüquqi şəxs "Mezzanıne" MMC-yə məxsus "Happy Moons" restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Cəlilov küçəsi 27A ünvanında yerləşən, fiziki şəxs Heydərov Zaur Rəfail oğluna məxsus "Nəlbəki" çay evi;
5. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 41 ünvanında yerləşən, fiziki şəxs İbişov Emil Xaləddin oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Nəsimi rayonu, Qaşqay küç., ev 61 ünvanında yerləşən, fiziki şəxs Aliyeva Lidiyaya məxsus "Saloxo" restoranı;
7. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., M. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Əkbərova Ruhəngiz Qulu qızına məxsus restoran;
8. Bakı şəhəri, Xətai rayonu, Xocalı küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Sadiq Ağarza oğluna məxsus "Taksim Kebap" restoranı;
9. Bakı şəhəri, Səbail rayonu, Ə. Əlizadə küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Rzayev Zamir Səfər oğluna məxsus restoran;
10. Bakı şəhəri, Yasamal rayonu, "Qızıl Şərq" hərbi şəhərciyi, 1028 məhəllədə yerləşən, fiziki şəxs Mirzəliyeva Qalina Vyaçeslanvona qızına məxsus kafe;
11. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi 324G ünvanında yerləşən, fiziki şəxs Sadiqov Fəda Zəki oğluna məxsus kafe;
12. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi 245 ünvanında yerləşən, fiziki şəxs Sultanov Altay Sərafəddin oğluna məxsus restoran;
13. Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
14. Abşeron rayonu, "AAAF Park" yaşayış kompleksində yerləşən, fiziki şəxs Tağıyev Nicat Şirəli oğluna məxsus "Ocakbaşı" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Ermənistan bu dəmir yolunun bərpasına başladı
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi