AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarlayıb - FOTO

AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarlayıb - FOTONazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, AQTA əməkdaşları tərəfindən 27 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 72 ictimai iaşə obyekti, 164 ərzaq satışı mağazası olmaqla ümumilikdə 236 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
"Rahat" market, Əliyev İlkin İrzalı oğluna, İbrahimov İsmayıl Adil oğluna, Məmmədov Elvin Cəbrayıl oğluna, Əsgərov Əsgər Bahadır oğluna, İlyasov Anar Mahmud oğluna, Məcidov Yusif Namiq oğluna, Bağışov Salaməddin İmanəli oğluna, Əhmədov Məmməd Cəlal oğluna, İsmayılova Nailə Məhəmməd qızına, Məmmədova Gülnarə Həbib qızına, Cəfərov Təbriz Yaqub oğluna, Əhmədova Səyyarə Əli qızına, Quliyev Ağaəmi Xosrov oğluna, Muradov Anar Vəli oğluna, Rüstəmova Asiya Əli qızına, Səfərov Əbülfəz Müseyib oğluna, Hüseynli Mürəyyib Mirhüseyn oğluna, Mikayılov Rövşən Əkbər oğluna, Əhmədov Rəşad Musa oğluna, Hüseynov Ceyhun Hidayət oğluna, Davudzadə Günay Elşən qızına, Ağayeva Zöhrə Bəşir qızına, Zeynalov Ruslan Şamil oğluna məxsus ərzaq mağazaları, "Namiq", "Tovuz", "Yolüstü", "Sirab", "Nihad", "Leyla", "Çinar", "Babaş" marketlər
Gəncə şəhərində "Al market", "Kamal" market, Hüseynov İlqar Nizami oğluna məxsus ərzaq mağazası
Xaçmaz rayonunda Paşayev Yaşar Heybətulla oğluna, Cəlilov Elnur Alim oğluna, Ağayev Müzəffər Qəzənfər oğluna məxsus kafelər, Ağalarov Niyazi Qəzənfər oğluna məxsus ərzaq mağazası
Şabran rayonunda Ağarzayev Zahid Şahbala oğluna, Əsədov Arif Ağalar oğluna, Qədirov Mirəsədulla Mirfəttah oğluna, Cəfərov Mehrac Zal oğluna məxsus ət satışı mağazaları
Masallı rayonu, Ərkivan qəsəbəsində Xalıqzadə Cövdət Eldar oğluna məxsus ət satışı mağazası
Sabirabad rayonunda Nuriyev Vüqar Ağahəsən oğluna və Şirəliyev Miralı Elçin oğluna məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda Şıxəliyev İxtiyar Umud oğluna məxsus yeməkxana, Rəhimov Çingiz Rəhim oğluna məxsus "Həyat" market
Göyçay rayonunda Nəzərəlizadə Vüqar İsmayıl oğluna məxsus "Ümid" market, Qasımov Rəşad Çingiz oğluna məxsus ərzaq mağazası
Ağstafa rayonunda "Poylu", "Kənd uşaqları", Limon", "Poylu suyu", "Balıq evi 1", "Balıq evi 2" kafeləri, "Poylu" və "Tataroğlu" ərzaq mağazaları
Qəbələ rayonunda Fərzəliyev Şaiq Mirsəməd oğluna məxsus restoran, "Al market", "Ömər" market, Nuralıyev Nuru Nəsrullah oğluna məxsus "Şəlalə" kafe
Qax rayonunda Berikaşvili İveri Dimitriyeviç oğluna, Əhmədova Pərvanə Adıgözəl qızına məxsus ərzaq mağazaları
Oğuz rayonunda Abdurrahmanova İlhamə Dəmir qızına məxsus ərzaq mağazası
Balakən rayonunda Muqumayev Sulxay Şeyixəli oğluna məxsus kafe, Davudov Müslim Murtuzəli oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonunda Məmmədova Gülüzar Məmmədəmin qızına, Əhmədov Rəhim Əziz oğluna, Davudov Şamil Məmmədseyid oğluna məxsus ərzaq mağazaları
Bərdə rayonunda Əkbərli Kənan Azər oğluna, Həsənov Vüsal Sərdar oğluna və Mikov Bəhlul Vəli oğluna məxsus ərzaq mağazaları
İmişli rayonunda "Dostlar", "Halal", "400 market", "Ailəvi", "Elçin" ərzaq mağazaları
Zərdab rayonunda "SannyMart", "Üfüq", "Bizim", "4 yol", "Dayanacaq" ərzaq mağazaları, "Zərdab" kafesi
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber