ARAŞDIRMA: Kərə yağını bitki yağı ilə əvəz etmək ürək sağlamlığını artırır
Doymamış yağlarla (bitki yağları) zəngin qidalara üstünlük verməklə kərə yağından imtina etmək ürək-damar xəstəliklərinin və 2-ci tip diabetin inkişaf riskini azaldır.
KONKRET.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Çalmers Texnologiya Universiteti (İsveç) və Almaniya İnsan Qidalanma İnstitutunun apardığı tədqiqattda 113 nəfər iştirak edib. 16 həftə ərzində bir qrup doymuş heyvan yağları, digər qrup isə bitki mənşəli doymamış yağlarla zəngin məhsullarla qidalanıb.
Doymuş yağlar bərk konsistensiyaya malikdir və əsasən heyvan mənşəlidir. Onlar donuz piyində, kolbasalarda, pendirdə, qaymaqda, süddə, yağda, həmçinin bəzi bitki məhsullarında – palma və kokos yağlarında olur. Doymamış yağlar bitki xammalından – kolza, günəbaxan, kətandan alınır.
Təcrübəni başa vurduqdan sonra alimlər laboratoriya testləri üçün iştirakçılardan qan nümunələri götürüb və könüllüləri izləməyə başlayıblar. Bir neçə illik müşahidələr ərzində tədqiqatçılar ürək-damar xəstəlikləri və şəkərli diabetin getdikcə daha çox yeni hallarını qeyd ediblər. Məlum olub ki, bitki mənşəli doymamış yağları olan qidaları daha çox qəbul edən insanlar doymuş yağlara üstünlük verənlərə nisbətən bu patologiyaları daha az yaşayırlar.
Alimlər izah etdilər ki, sağlam bitki yağlarının (zeytun, kətan toxumu) istehlakı qanın lipid (yağ) profilini yaxşılaşdırmağa kömək edir.
Burhan,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…