Artan göz xəstəliklərinin səbəbi nədir? - Mütəxəssis açıqladı

Artan göz xəstəliklərinin səbəbi nədir? - Mütəxəssis açıqladıSon zamanlar göz xəstəlikləri ilə bağlı şikayətlər artmaqdadır. Artıq kiçik yaşda olan uşaqların eynək taxdığını, əməliyyat olduqlarına rast gəlirik. Görəsən, xəstəliklərin artmasına səbəb nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan oftalmoloq Taryel Rüstəmov bunun bir neçə səbəbinin olduğunu dedi:
Artan göz xəstəliklərinin səbəbi nədir? - Mütəxəssis açıqladı"Qeyd olunduğu kimi, son zamanlar göz problemləri ilə bağlı şikayətlər artmaqdadır. Bunun bir neçə izahı ola bilər. Baxın, öncəliklə iş prosesi göz zəifləməsinə, problemlərin yaranmasına gətirib çıxarır. Məsələn, yaxın məsafədən kompüterlə çalışmaq, çox kitab və ya yazı oxumaq sözügedən halların ortaya çıxmasına zəmin yaradır. İkinci təsir isə digər faktorlara – ətraf mühit, qidalanma, genetik amillərlə bağlıdır. Qəbul etdiyimiz məhsullardakı qida dəyərlərinin normadan aşağı olması, sözügedən problemlə qarşılaşmağımza səbəb olur. İstifadə olunan sularda yod, digər element və mineralların aşağı olması da problemlər yaradır. Qeyd etdiyim bir neçə məqam son dövrlərdə şikayətlərin artmasına gətirib çıxarır".
T.Rüstəmov bildirdi ki, əslində belə şikayətlər hər zaman olub:
"Baxın, başqa bir məsələ isə diaqnostikanın inkişafıdır. İnsanlar rahatlıqla həkimə gedib, problemlərini ortaya çıxara bilirlər. Əvvəllər xəstəlikləri aşkarlamaqda çətinlik çəkilirdi. İndi isə bu, belə deyil. Bəlkə də göz problemləri hər zaman olub. Sadəcə insanlar bundan xəbərdar olmayıblar. İndi isə ətrafımızda eynək taxan, əməliyyat edilən çoxdur deyə elə bilirik ki, məsələ kütləvi hal alıb".
Müsahibim hansı məqamlara diqqət edilməli olduğunu da qeyd etdi:
"İnsanlar çalışmalıdırlar ki, daha çox vitamin və mineralla zəngin, proteinli qidalara üstünlük versinlər. Konkret desək, mövsümi meyvələr, yerkökü, brokoli, soğan, sarımsaq, göyərti və balıq məhsulları qida rasionuna əlavə edilsə, yaxşı olar. Həmçinin yay aylarında 3-4 litrə qədər maye qəbul edilməlidir. Sonda isə telefon, kompüterlə çox məşğul olanlara, kitab oxuyanlar üçün "20-20-20 qaydasını" tövsiyə edirəm. Yəni, 20 dəqiqədən bir 6 metrlik hədəf seçərək 20 saniyə ona baxaraq gözlərinizə istirahət vermək lazımdır".
Məlik Məlikov,
KONKRET.az

Sağlamlıq       Tarix: 06 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xəbərlər azərbaycanda xəbər az sonxabar