Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTO

Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTO
İşğaldan azad edilmiş ərazilərdən olan daha bir qrup özünüməşğulluq proqramı iştirakçısı üçün kiçik müəssisələr yaradıldı.
"Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes 
sahibiyəm, bundan gözəl nə ola bilər!"
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdən olan vətəndaşların kiçik bizneslərinin qurulması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminatını davam etdirir.
Bu gün Bakının bir neçə rayonunda həmin kateqoriyadan olan daha bir qrup proqram iştirakçısına biznes planlarına uyğun aktivlər verilərək, istehsal və xidmət sahələri üzrə kiçik müəssisələri yaradılıb. 
Onlar doğma torpaqlarının işğaldan azad edildiyinə, 30 ilə yaxın davam edən yurd-yuva həsrətlərinə son qoyulduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, qüdrətli ordumuzun rəşadətindən qürur hissi keçirdiklərini vurğulayıblar. Artıq kiçik müəssisə sahibi olan vətəndaşlar onların sahibkarlığa çıxışı üçün yaradılan bu imkana görə də dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Onların yolunu gözləyən yurdlarına kiçik sahibkar kimi qayıdacaqlarını fərəhlə bildiriblər.
Zəngilan şəhərindən olan Şirin Cəfərov proqram çərçivəsində dülgər avadanlığı ilə təmin edilib. O, biznesini doğma şəhərində - Zəngilanda davam etdirəcəyini, bacardığı dülgərlik işi sahəsində öz bölgəsində əhaliyə xidmət göstərəcəyini deyib.
"Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm, bundan gözəl nə ola bilər!" deyən Ş.Cəfərov kimi düşünənlərdən biri də özünüməşğulluq proqramı çərçivəsində musiqi avadanlıqları ilə təmin edilən, Cəbrayıl rayonunun işğaldan azad olunan Sirik kənd sakini Əhməd Şükürovdur. O, Cəbrayıl rayonunun azad edilməsi xəbərini aldıqdan sonra özünün və doğmalarının sonsuz sevinc içində olduğunu vurğulayıb. Yurduna qayıdaraq doğma torpağını sevə-sevə yaşayacağını, verilmiş aktivlər hesabına qurduğu biznesini də elə Cəbrayılda inkişaf etdirmək üçün çalışacağını bildirib.  
Laçın rayonundan olan Maisə Səmədovaya broyler inkubatoru sahəsi üzrə aktivlər təqdim edilib. Laçının da qələbə xəbərini səbirsizliklə gözlədiyini deyən Maisə Səmədova təsərrüfatını doğma yurdunda – Laçında genişləndirmək arzusunu da ifadə edib.
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 8300-ə yaxın işsiz və aztəminatlı şəxs özünüməşğulluq proqramına cəlb olunub, onlardan 4500-ə yaxını mal və materiallarla təmin edilib və bu proses davam edir. 
Proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. 
Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTOArtıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm... - FOTO

Sosial       Tarix: 08 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək istəyə

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xeberler axsam az xeberler cəbhədən son dəqiqə xabarlar