Avantürist siyasət, dağılan ordu və günahkarlar dəstəsi - Yalan danışan kimdir?

Avantürist siyasət, dağılan ordu və günahkarlar dəstəsi - Yalan danışan kimdir?Ermənistanda yenə ara qarışıb. Nikol Paşinyanın son bəyanatları erməni siyasi elitasında əməlli-başlı çaxnaşma yaradıb.
KONKRET.az xəbər verir ki, Baş nazir keçmiş prezidentləri debata çağırmaqla bu çaxnaşmanı bir qədər də canlandırıb. Üstəlik onların Paşinyana cavabı, ekspertlərin təhlilləri və politoloqların analizləri göstərdi ki, Ermənistan cəmiyyəti ciddi xəstəlikdən əziyyət çəkir və onların yaxın illərdə sağalmaq ehtimalı azdır. Azərbaycan ərazi bötövlüyünü tam bərpa etdikdən, Qarabağda suverenliyimiz bərpa olunduqdan sonra Ermənistanda yenidən müzakirələr başlayır. Suveren dövlətin ərazilərini müzakirəyə çıxaran Ermənistanda elə hesab edirlər ki, Qarabağ sırf Paşinyanın yürütdüyü siyasət üzündən geri qaytarılıb. Əvvəlki prezidentlərin hakimiyyətdə olduqları dövrlərdə, danışıqları uzatmaqla vaxt udan Ermənistan bunu sonsuza qədər davam etdirmək niyyətindəymiş.
Amma Azərbaycan əvvəlcədən bəyan edirdi ki, bir qarış ərazi belə müzakirə predimeti ola bilməz və Qarabağ Azərbaycanın suveren ərazisidir. Paşinyanın avantürüst siyasəti nəticəsində Azərbaycana qarşı yeni ərazi iddiaları ortaya atıldı və Ermənistanın keçmiş müdafiə nazirinin "yeni müharibə, yeni ərazilər" deyə sayıqlamağa başlaması, Azərbaycan üçün qırmızı xətt idi. Üstəlik, Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə", ifadəsi də Azərbaycanı əməli addımlar atmağa vadar etdi. Artıq Ermənistanın təqdim etdiyi yeni siyasi kurs bəlli idi və onlar əməlli-başlı Azərbaycana meydan oxuyurdular. Danışıqlar masasında Qarabağın tərəf kimi təmsil olunmasını irəli sürən Nikol Paşinyan artıq bütün xətləri tapdalamışdı. Ona görə də Azərbaycanın adekvat cavabı çox sərt və öldürücü oldu. Cəmi 44 günə Qarabağdakı Ermənistan ordusunun axırına çıxan Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Daha sonrakı hadisələr və bir günlük antiterror əməliyyatından sonra Qarabağda separatçılığa son qoyuldu.
İndi bunalrı qəbul edə bilməyən ermənilər biri-birilərinin boğazına keçib və günahkar axtarırlar. Əvvəlki prezidentlər Paşinyanı, Paşinyan isə onları ittiham edir. Erməni siyasi şərhçi Suren Surenyants hesab edir ki, Paşinyan yalan danışır. Ermənistan mətbuatına müsahibə verən Surenyants bildirib ki, Paşinyanın komanda yoldaşı, parlamentin üzvü Arman Yeqoyanın fikirincə 2019-cu ildə masada nizamlanma planı olub:
"Yeqoyan deyir ki, söhbət Lavrovun planından gedir. Yeri gəlmişkən, bu plan Lavrovun, hətta Rusiyanın da ayrıca təşəbbüsü deyildi. Bu. həmsədrliyin ümumiləşdirilmiş sənədidir. Amma məsələ bu deyil. Yeqoyan faktiki olaraq Paşinyanın yalançı olduğunu iddia edir, çünki sonuncu 2019-2020-ci illərdə masada heç bir nizamlanma planının olmadığını iddia edib. Əslində Paşinyan hamımıza yalan danışıb. Avantürist siyasəti ilə ölkəni müharibəyə sürükləyib".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 29 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler sou xeberler sosial yardim bu gune olan xeberler