Avropa hərracları tarixində ən bahalı əsər: Məşhur tablo rekord məbləğə satıldı - FOTO
Avropa hərracları tarixində ən bahalı əsər: Məşhur tablo rekord məbləğə satıldı - FOTO
Avstriyalı rəssam Qustav Klimtin "Yelpikli xanım" tablosu Avropa hərracları tarixində ən bahalı əsər olub.
"Yelpikli xanım" Londonda "Sothebys" hərracında 85,3 milyon funt-sterlinqə (108,7 milyon dollar) satılıb. Bu, tabloya Avropa hərraclarında ən bahalı sənət əsəri adını qazandırıb.
Bu barədə "Sothebys" saytında məlumat verilib.
Qeyd edilib ki, əsər həm də ümumilikdə hərraclar tarixinin ən bahalı portretləri sırasında ikinci yeri tutub.
"Yelpikli xanım" rəssamın son əsərlərindən biri olub. O, əsəri 1918-ci ildə ölümündən bir müddət əvvəl tamamlayıb.
Qeyd edək ki, Avropada sənət əsərləri arasında hərracda satış qiyməti üzrə rekord sonuncu dəfə 2010-cu ildə qeydə alınıb. İsveçrəli heykəltəraş Alberto Cakomettinin bürüncdən düzəldilmiş "Addımlayan adam I" heykəli 104,3 milyon dollara satılıb.
Xatırladaq ki, Qustav Klimtin "Ölüm və həyat" tablosu ötən il Vyanadakı Leopold Muzeyində ekofəallarn hücumuna məruz qalmış və üzərinə qara maye atılmışdı.

Mənbə: Vesti.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR