Avropa İttifaqı dağılacaq, NATO parçalanacaq - Erməni səfir
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması Qərb tərəfindən çoxdan planlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bunu avqustun 16-da fövqəladə və səlahiyyətli səfir Dzyunik Ağacanyan deyib.
Onun sözlərinə görə, Qərbin məqsədi Rusiyaya qarşı başlayan hərəkətlərin dayandırılmasının qarşısını almaq və ümumilikdə tam uğursuzluğun qeydə alındığı Ukrayna cəbhəsində vəziyyəti dəyişməkdir.
"Mövcud fəaliyyət ardıcıllığını nəzərə alsaq, Ukrayna cəbhəsindəki uğursuzluqlar və yekun məğlubiyyət Aİ-nin dağılmasına və sonradan NATO-nun parçalanmasına gətirib çıxaracaq. Bu da öz növbəsində Qərb, daha doğrusu, anqlosakson qüvvələrinin, o cümlədən Avropa qitəsində mütləq üstünlüyünün istisna edilməsinə səbəb olacaq", – Ağacanyan bildirib.
Dzyunik Ağacanyan qeyd edib ki, indiki mərhələdə Rusiya tərəfi Ukrayna hərbi birləşmələrini geri oturtmaqla bağlı çətinliklərlə üzləşib, lakin irəliləyiş dayandırılıb və yaxın bir ay ərzində cəbhənin bu istiqamətində ciddi dəyişikliklər olacaq.
Onun fikrincə, işğalın (?) istiqaməti təsadüfən seçilməyib:
"Məqsəd Donbassda yerləşən Rusiya hərbi birləşmələrinin bu istiqamətdə yenidən bölüşdürülməsini təmin etmək olub. İkinci məqsəd mülki əhali arasında panika yaratmaq və bununla da Rusiya Federasiyasında daxili narazılığı artırmaq idi. Bundan əlavə, əgər Ukrayna Silahlı Qüvvələri orada möhkəmlənməyə nail ola bilsəydi, o zaman əməliyyat müəlliflərinin fikrincə, bu, Rusiyanı danışıqlar masası arxasına əyləşdirməyə və danışıqlarda müəyyən üstünlüklər əldə etməyə imkan verəcək, ərazilərin mübadiləsi üçün imkanlar yaradacaqdı.
Ancaq gördüyümüz kimi, Rusiya bu planın uzaq hədəflərini mükəmməl başa düşdü və əhali arasında çaxnaşmanın qarşısını alaraq tez və düzgün reaksiya verə bildi. İtkilərin qarşısını almaq üçün mülki əhali sürətlə təxliyə edilir".
Rəsmiyyə Şərifova,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar