Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏY

Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏYAvropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrell bu qərarı "Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım" adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı "böyük uğur", "demokratik dəyərlərin təntənəsi" kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar. Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, "Avropa Sülh Fondu" deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil. Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində "Vətən sevdası" olmayan bu etnosun təmsilçiləri tarix boyu "yaxşı həyat" istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək.
"Nəhayət onu da qeyd edək ki, Aİ-nin "Ermənistan sevgisi"nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar "yem" olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana "ağıllı olun" demək düşər", - deyə Fərid Şahbazlı qeyd edib. / azxeber.com

Siyasi       Tarix: 06 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun son xeberler azerbaycan sonxeberler cəbhədən xəbər