Avropa İttifaqı ilə viza rejiminin liderallaşdırılması Ermənistanın boşalmasına səbəb olacaq - ŞƏRH

Avropa İttifaqı ilə viza rejiminin liderallaşdırılması Ermənistanın boşalmasına səbəb olacaq - ŞƏRHİyulun 22-də Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək. Bu barədə Ermənistan parlamentinin Avropa İttifaqına İnteqrasiya Komissiyasının sədri Arman Yeqoyan şəxsi feysbuk hesabında yazıb.
Yeqoyan qeyd edib ki, Avropa İttifaqı təkcə viza rejiminin liberallaşdırılması ilə bağlı deyil, həm də Ermənistanın Avropa Sülh Fondundan (APF) yardım almasına dair qərar qəbul edəcək.
"Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq, həmçinin Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım göstərmək məsələləri iyulun 22-də Avropa İttifaqı Şurasının (Nazirlər Şurasının) gündəliyinə daxil edilib".
Mövzu ilə bağlı KONRET.az-ın suallarını cavablayan politoloq Tural İsmayılov bildirib ki, viza rejiminin liberallaşdırılması bütövlükdə Ermənistanın Qərb strukturları tərəfindən ələ alınması deməkdir.
"Çox aydın şəkildə görünür ki, Ermənistanda anti-Rusiya ritorikasını və ab-havasını dərinləşdirmək üçün bütün vasitələrdən istifadə edilir. Avropanın əvvəlcə müşahidəçi qismində Ermənistanda təmsil olunması, onun arxasınca Qərb strukturlarını və Qərbin müxtəlif kəşfiyyat sxemlərinin aydın formada Ermənistan ərazilərində mövcudluğu, həmçinin ABŞ-nin Ermənistanla əməkdaşlığı dərinləşdirməsi, ortaq hərbi təlimlər keçirməsi, bunun arxasınca isə viza liberallaşdırılması mövzusunun gündəmə gətirilməsi Qərbin Ermənistanı tam olaraq nəzarətə almağa çalışdığını göstərir. Unutmamalıyıq ki, bu gün Ermənistan hakimiyyəti ilə Rusiya arasında ciddi konfliktlər olsa da, Ermənistan hələ də Avrasiya İqtisadi İtifaqının, KTMT-nin üzvüdür. Ona görə də, Avropa müxtəlif vasitələrlə çalışır ki, Ermənistanda öz nüfuzunu gücləndirsin və Ermənistandan açıq formada Rusiyaya qarşı istifadə edə bilsin".
Onun sözlərinə görə, viza liberallaşdırılması təkcə Avropaya ucuz işçi qüvvəsinin cəlbinə səbəb olmayacaq, eyni zamanda bütövlükdə Ermənistanda artan miqrasiyaya da mənfi təsir göstərəcək:
"Viza liberallaşdırılması təkcə ucuz işçi qüvvəsinin cəlbinə səbəb olmayacaq, eyni zamanda bütövlükdə Ermənistanda artan miqrasiyaya da təsir edəcək. Ermənistanın ümumi mənzərəsi üçün neqativ tendensiyaların başında ölkəni daimi tərk edənlərin statistikasındakı artım gəlir. Bundan sonra isə daimi tərketmə sayında daha böyük rəqəmlər qeydə alınacaq. Bu sazişdən sonra Ermənistanı birdəfəlik tərk edənlərin sayı daha da artacaq".
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu, Avropanın Cənubi Qafqaz siyasətindəki prioritet siyasətinin davamıdır:
"Avropa İttifaqının Ermənistanla vizanı liberallaşdırmasını Aİ-nin Şərq tərəfdaşlığı siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Bu, Cənubi Qafqaz siyasətində müəyyən bir prioritet siyasətin davamıdır. Ermənistanda Nikol Paşinyanın Rusiyanı Ermənistandan tamamilə sıxışdırılıb çıxarılması istiqamətində atdığı addımlar Aİ-nin belə qərar verməsinə gətirib çıxarır".
Onun sözlərinə görə, bu addım Ermənistanın ictimai dairələrində Avropaya rəğbətin formalaşması, həmçinin, Rusyanın tamamilə Ermənistanda nüfüzunun zəiflədilməsinə hesablanb:
"Bu heç də Ermənistanın inkişafına gətirib çıxarmayacaq. Ermənistan iqtisadiyyatında sosial problemlərin olduğunu nəzərə alsaq, bu demoqrafiyanın daha da tənəzzülə uğramasına və miqrasiyanın artmasına səbəb olacaq. İşsiz qalan Ermənistan vətəndaşları oranı tərk edəcək. Aİ-nin siyasəti ondan ibarətdir ki, Rusiyanı regiondan çıxarsın. İkincisi məqsəd isə Cənubi Qafqazda strateji mövqelərini gücləndirməkdir".
Qeyd edək ki, aprelin 25-də Avropa Parlamenti səs çoxluğu ilə Avropa Komissiyasına "Xarici təsirin şəffaflığı haqqında" ("xarici agentlər" haqqında) qanunun "Gürcüstanla vizasız sazişin meyarlarına uyğunluğunu yoxlamağı" tövsiyə edən qətnamə qəbul edib.
Şengen ölkələri ilə Gürcüstan arasında vizasız rejim haqqında saziş 2017-ci ilin yazında qüvvəyə minib. O vaxtdan bəri müxtəlif mənbələrə görə, 200 mindən 300 minədək Gürcüstan vətəndaşı iş axtarmaq üçün daimi yaşamaq üçün Aİ-yə köçüb.
Aygün Mirakif
KONKRET.az

Siyasi       Tarix: 23 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeberler az cəbhədən şad xəbər sonxəbərlər