Avropalıların təqribən 40 faizinin ölüm səbəbi açıqlandı - FOTO
Avropalıların təqribən 40 faizinin ölüm səbəbi açıqlandı - FOTO
Mütəxəssislər 2015-ci ilin iyun-avqust ayları arasında Avropanın 93 şəhərində yaşayan 57 milyon əhalini əhatə edən 20 yaşdan yuxarı insanlar arasında ölüm nisbətini hesablayıblar. Məlum olub ki, bu ölkələrdə yaşıllıq sahəsi 30 faiz artıq olsa idi, istilərlə bağlı ölümlərin heç olmasa 1/3-nin qarşısını almaq olardı.
Bu barədə İspaniyanın Pompeu Fabra Universitetinin alimləri məlumat veriblər. Onların araşdırmalarının nəticələri "Lancet" jurnalında dərc edilib.
Tədqiqatçılar ölüm nisbətlərini orta gündəlik temperaturla iki modeldə yoxlayıblar; bunlardan biri şəhər istilik adalarının təsirini nəzərə alıb, digərində isə ağac sahəsinin 30 faiz artması səbəbindən temperaturun azalmasını simulyasiya edib.
Nəzərdən keçirilən dövrdə şəhərlərdə havanın temperaturu şəhərətrafı və kənd yerləri ilə müqayisədə orta hesabla 1,5 dərəcə yüksək olub. Maksimum fərq Rumıniyanın Kluj-Napoka şəhərində müşahidə olunub, burada temperatur 4,1 dərəcə yüksək olub.
Beləliklə, şəhərlərdə yüksək temperaturla əlaqələndirilən 6700 vaxtından əvvəl ölüm araşdırılarkən müəyyən olunub ki, ağaclarla örtülmüş sahənin 30 faiz artırılması, bu rəqəmi 2644-ə azalda bilərdi.
Bu, yüksək şəhər temperaturu ilə əlaqəli bütün ölümlərin 39,5 faizinə, bütün yay ölümlərinin 1,8 faizinə və bütün illik ölümlərin 0,4 faizinə uyğun gəlir. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR