Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakı sakininə məxsus avtomobil oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzinə ötən gün axşam saatlarında Bakının Nizami rayonu, Keşlə qəsəbəsində paytaxt sakininə məxsus "Mercedes" markalı avtomobilin qaçırılması ilə bağlı məlumat daxil olub.
Müraciət əsasında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan axtarış nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, 1992-ci il təvəllüdlü R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birlikdə müəyyən olunaraq saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, R.Mikayılov əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham edilib və həbs olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
Könül Cəfərli

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb