Avtomobillərin toqquşması ilə baş verən iki qəza faktı qeydə alınıb
Avtomobillərin toqquşması ilə baş verən iki qəza faktı qeydə alınıb
Bakının Suraxanı və Qaradağ rayonlarında 2 oxşar yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağ rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə Meyvəli bazarının yaxınlığında qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Həsənov Natiq Misirxan oğlu və 1991-ci il təvəllüdlü Astara rayon sakini Verdiyev Sübhan Əhədulla oğlu xəsarət alıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. N.Həsənova döş qəfəsinin küt travması, S.Verdiyevə isə başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunda baş verən oxşar qəzada isə 1 nəfər xəsarət alıb. Qəza Hövsan qəsəbəsində baş verib. Hövsan qəsəbəsi istiqamətində "Opel" və digər minik avtomobili toqquşub.
Nəticədə "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb