AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır, əks halda... - Ramiz Mehdiyev İZİ

AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır, əks halda... - Ramiz Mehdiyev İZİ"AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır – Problemlər strateji hal alır. İdeoloji təhlükəsizlik qorunmasa, suverenlik sual altına düşəcək. Bu zaman heç kəs Azərbaycana kömək edə bilməyəcək. 2020-ci ildən etibarən dünyada mövcud olan bütün ideoloji sistemlər sarsıdıcı zərbələr aldı. Bu gün isə dövlətlərin ideoloji sərhədlərinin pozulması onların suverenliklərini də ciddi təhdid altına almaqdadır. İdeoloji təhlükəsizlik suverenliyin həm əsas, həm də müəyyənedici şərtidir". 
KONKRET.az xəbər verir ki, bu fikirləri jurnalist Samir Feyruzov sosial şəbəkə hesabında yazıb.
Jurnalistin sözlərinə görə, əksər dövlətlər "ideoloji müdafiə sistemi" qurmaqla ölkənin daxilinə axın edən yad dəyərlərin, ideoloji diversiya hücumlarının, mənbəyi və təyinatı dövlətdən gizlədilən külli miqdarda maliyyə vəsaitlərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atmalı oldular.
S. Feyruzov deyib:
"Nəticədə bu dövlətlərdə mövcud olan "paralel dövlət" öz funksionallığını, rıçaqlarını, çevikliyini və perspektivi itirməli olub. Bu gün dünyanın əksər dövlətlərinin milli dəyərlər sistemi informasiya selinin qarşısında çilik-çilik olmaqdadır".
Jurnalist qeyd edib ki, "Ramiz Mehdiyev işi" xarici qüvvələrin Azərbayca yaratdığı sistemin zərərsizləşdirilməsi daha çox kadr məsələlərini önə çıxarır.
Amma bu,
– siyasi sferada,
– kadr məsələlərində,
– ideoloji platformalarda,
– mediada,
– iqtisadi sahədə,
– icra strukturlarında və s. nəhəng bir osminoqun qollarını xatırladır.
"Effektiv və həlledici addımlar da atılıb. Məsələn, xüsusilə xarici təsirlərin suverenliyə yaratdığı təhlükələrin mediadakı enerjisi bloklanıb. Lakin daha çox iş qarşıdadır".
"Xarici təsirlərin şəffaflaşdırılması, kadr islahatları, radikal qrupların zərərsizləşdirilməsi, ölkənin siyasi, iqtisadi, ideoloji bloklarını hədəf alan xarici diversiya mərkəzlərinin daxildəki icraçı təşkilatları və s. sıradan çıxarılmalıdır. Başqa yol yoxdur, əks halda dövlətin suverenliyi də sual altına düşməli olacaq. Bu zaman heç bir güclü ordu, böyük iqtisadiyyat dövləti xilas edə bilməyəcək".
"Çünki ideoloji təhlükəsizlik dövlətin "pasportu"dur".
Xarici qüvvələrin təsirlərindən bəhs edən jurnalist vurğulayıb:
"Heç şübhəsiz, Azərbaycan son 30 ildə xarici qüvvələrin təsirlərindən ən çox əziyyət çəkən ölkələrdən biridir".
Azərbaycan gecikir… Hansı addımlar atılmalıdır?
"Öncə xarici və daxili risklər müəyyənləşdirilməlidir və güman edirəm ki, Azərbaycan dövlətinin müvafiq qurumları "risklər bloku"unun ən incə detallarına qədər xəbərdardır. "Ramiz Mehdiyev işi"ni – suverenliyə təhdid yaradan daxili və xarici elementlərin zərərsizləşdirilməsinin, "paralel dövlət"in sıradan çıxarılması istiqamətində böyük miqyasda prosesə sart verildiyinin əsas göstəricisi kimi qiymətləndirmək olar".
Xüsusilə qeyd olunmalı məsələyə toxunan jurnalist vurğulayıb:
"Birincisi, Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayında Prezident Adimistrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. 2019-cu ildən bu günə qədər isə ölkədə müxalifətin heç bir böyük mitinqi baş tutmayıb. Hətta strateji təşəbbüslər olmayıb. Bu fakt təsadüfi deyil. Uzun illər boyunca müxalifət mitinqlərinin keçirilməsi və koordinasiyası məhz Ramiz Mehdiyevin nəzarətində olub. O, müxalifətin potensial təhlükə mənbəyi kimi görünməsini təmin etməklə, dövlətə özünün "sistemin dayağı" olduğunu göstərməyə çalışırdı. Başqa sözlə, idarə olunan bu siyasi gərginlik onun hakimiyyətdəki mövqeyini qorumağın əsas mexanizmlərindən birinə çevrilmişdi.
İkincisi, feminist qruplar "strateji" təşəbbüslərdən məhrum olublar. "İdeoloji diversiyanın çılpaq üzü" kimi xarakterizə olunan feministlər ölkənin bütün dəyərlər sistemini hədəfə almışdılar. Bu gün onların şüarları – müharibə əleyhinə çağırışlar, xarici qrantların sərbəst şəkildə, hesabatsız və təyinatı gəstərilmədən xərclənməsi, ailə institutlarının məhvi, şəhid ailələrini üsyana təşviq etmə cəhdləri və s. heç pıçıltı kimi də qulağa dəymir".
AXCP və Müsavat ləğv edilməlidir…
"Bu gün hər iki partiyanın Azərbaycan suverenliyinə ciddi təhdidlər yaradan xarici qüvvələrin tamamilə təsiri altında olduğu və uzun illər R.Mehdiyevin "gərəklilik cədvəli"ində yer aldıqları heç bir şübhə doğurmur. Hansı xarici kəşfiyyat-diversiya qrupu ölkəyə maliyyə, ideoloji tezislər soxmaq istəyirsə, məhz bunlardan platforma kimi istifadə edir. 1990-2000-ci illərin əvvələrində məhz R.Mehdiyevin kadrları hər iki partiyanın maliyyələşdirilməsinin əsas personaları kimi gündəmdə idilər. Bu gün hər iki partiya R.Mehdiyevin şüuraltı müdafiəsi ilə məşğuldur. Ailə dəyərlərinin, milli ləyaqət hissinin, mental amillərin sıradan çıxarılmasını hədəfləyən feministlər məhz bu partiyaların ideoloji müdafiəsi və siyasi mühafizəsi altında fəaliyyət göstəriblər. Xaricdən Azərbaycan dövlətinin suveren sütunlarını hədəfə alan şəxslər də məhz hər iki partiya ilə eyni paraleldə yer alırlar.
Azərbaycanda təxribatların, iğtişaşların baş verəcəyi ilə bağlı şantaj dolu xarici "hesabatlar"a istinad edən və onların müdafiəsinə sığınan da məhz hər iki partiyadır. Dünyadakı sistemlər, ideoloji formullar, texniki imkanlar, mübarizə platformaları, siyasi texnologiyalar və ideoloji istiqamətlər tamamilə dəyişib, lakin hər iki partiya primitiv "meydan şinel"indən çıxa bilməyiblər – tələblər, arzular, niyyətlər eynidir. Bu primitivlik siyasi sahədə şəffaflaşdırmanı tamamilə bloklayıb, heç bir açılım, təşəbbüs, yeni tələb-təklif yoxdur. Fürsət axtarışındadırlar – nə zamansa Azərbaycanda xaos baş versin və əsas siyasi qüvvə kimi təşəbbüsü ələ alsınlar. Yəni, 30 ildir dəyişməyən "icbari" və cılız öhdəlik!
İkinci Qarabağ Müharibəsindən sonra Müsavat partiyasının impulsiv başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər ermənilər haqqında "Ermənistan Krallığı: Roma ilə Parfiya arasında – Qədim tarix. Sənədli film" adlı film çəkdi. Əslində İsa Qəmbər elə həmin gün "öldü".
Vaxtilə R.Mehdiyevin siyahısı əsasında parlamentə düşən cəbhəçi deputatlar, daha sonra iqtidardan qopub iqtidarla-müxalifət arasında köhnə "sovet körpüsü" rolunu oynayan ingilisdilli cəbhəçilər hansı proseslərin baş verəcəyini daha dəqiq bilirlər. Çünki hansı oyunların iştirakçısı olduqlarını dərk edirlər.
Əgər ideoloji təhlükəsizliyi qorumasaq, suverenlik təhlükə altına düşəcək. Bu o deməkdir ki, suverenliyi təhdid altına altına alan bütün sahələr təmizlənməlidir".
İdeoloji sərhədləri itirsək, Azərbaycanın xəritəsinin də bir əhəmiyyəti qalmayacaq. 
Jurnalist sonda deyib:
"Xalqın ideoloji cəhətdən tərksilah edilməsini planlayan ölkə həyatının bütün sahələrdəki marginal və xarici qüvvələrin təsiri altında olan qruplar zərərsizləşdirilməlidir. Eləcə də siyasi sferada…"

Siyasi       Tarix: 31 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az