Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTO

Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTOAyın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTO
Ayın nüvəsi soyuduqca təxminən 100 metr kiçilib. Bu, yüz milyon illər çəkən mərhələli proses kimi görünsə də, büzülmə Yerin təbii peykinin Cənub Qütbünün bəzi hissələrində, o cümlədən NASA-nın ekipajlı "Artemis III" missiyası üçün təklif olunan ərazilərdə əhəmiyyətli səth deformasiyalarına səbəb olur.
Bu barədə ABŞ-nin Merilend Universitetinin tədqiqatçıları bildiriblər.
Alimlərin sözlərinə görə, Ayın kiçilməsi zəlzələ kimi seysmik aktivliklə müşayiət olunduğundan, qırılma zonalarına yaxın yerlər gələcəkdə tədqiqatçı-astronavtlar üçün təhlükə yarada bilər. Ona görə də səthdə qlobal daralma nəticəsində yeni qırılmaların potensialı nəzərə alınmalıdır.
Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTOAlimlər Ayın Cənub Qütbünün seysmik təkanlar nəticəsində yaranan sürüşmələrə xüsusilə həssas olduğunu vurğulayıblar.
Tədqiqatçıların sözlərinə görə, Yerdəki zəlzələlər kimi, Ay zəlzələləri də təbii peykin daxili hissəsindəki piltələrdən qaynaqlanır və missiyadakıların hazırladıqları strukturlara, avadanlıqlara zərər verəcək qədər güclü ola bilər.
O da vurğulanır ki, Yer kürəsində uzağı bir neçə dəqiqə davam edən zəlzələlərdən fərqli olaraq, Ay zəlzələləri saatlarla və hətta yarım gün davam edə bilər. Beləliklə onlar gələcək insan məskənlərini viran edə bilər.
Qeyd edək ki, NASA 2024-cü ilin sonunda "Artemis" missiyalarının bir hissəsi olaraq Aya 50 ildən bəri ilk ekipajlı uçuş həyata keçirməyə ümid edir. Alimlər bildiriblər ki, bu tədqiqat Ayda missiyanı gözləyən hadisələrə - istər Ayın seysmik fəaliyyətinə daha yaxşı tab gətirə bilən mühəndis strukturları cəhətdən, istərsə də tədqiqatçıları təhlükəli ərazilərdən qorumaq baxımından hazırlaşmağa kömək edir.
Mənbə: TRT Haber / oxu.az

Maraqlı       Tarix: 31 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari butun xeberler xəbər sou biznes