Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi - FOTO

Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi - FOTOAyın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi - FOTO
Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir.
Bu barədə Rusiyanın Milli Maliyyə Araşdırmaları Agentliyi Analitik Mərkəzinin sosial-iqtisadi tədqiqatlar üzrə direktoru Yekaterina Suşko bədxərcliyin qarşısını almağın yolları barədə danışarkən bildirib.
İqtisadçının sözlərinə görə, bir çoxları son pullarını boş şeylərə xərcləyir, sonra maaş gününə qədər borc götürməli olurlar.
Ekspert bunun qarşısını almaq üçün xərc və gəlirlərin hesabatını aparmağa başlamağı və bunu bir neçə ay davam etməyi məsləhət görüb. Onun sözlərinə görə bu, nə qədər tez-tez lazımsız ödənişlər etdiyinizi və ən çox nəyə pul xərclədiyinizi izləməyə imkan verəcək.
Suşko insanların çox vaxt xərclərinin həddən artıq yüksək və ya səmərəsiz olduğunun fərqində olmadığını vurğulayıb.
Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi - FOTOİqtisadçı həm də baha olmasına baxmayaraq, ucuz olanlardan keyfiyyətcə nadir hallarda fərqlənən premium brendləri almağın nə dərəcədə əsaslı olduğunu qiymətləndirməyi də məsləhət görüb.
"Bəzən 30 rublluq su ilə 300 rubl (0,7 və 7,2 manat) dəyərində su arasında fərq olmur. Ən sadə məsləhət praktik olmaq və bahalı brendlərə alışmamaqdır. Bu bayağı səslənə bilər, lakin biz hamımız öz vərdişlərimizin qurbanıyıq", - deyə ekspert bildirib.
Suşko vurğulayıb ki, insan öz vərdişlərinin girovuna çevrilməməli və israrla istədiyini almağa çalışmalıdır, çünki maliyyə savadlılığı baxımından belə yanaşma ağlabatan deyil.
Mənbə: Praym / oxu.az

Maraqlı       Tarix: 05 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər